Accessibility links

BMT-nin iqlim müzakirələri başa çatıb


Spain Climate Talks
Spain Climate Talks

Birləşmiş Millətlər Təşkilatının indiyə qədər ən uzun müddətli iqlim danışıqları bazar günü Madriddə başa çatıb. Müzakirələrin nəticəsində ölkələr gələn il karbon tullantılarını azaltmaqla bağlı öhdəlikləri artıracağına razılıq verib. Lakin digər önəmli mövzularla bağlı qərarların verilməsi təxirə salınıb.

Ölkələr aydın hədəflər qoyub, iqlim dəyişikliyinə uyğunlaşmaq və cavab vermək üçün yoxsul ölkələrin maliyyələşdirilməsi kimi məsələlərdə razılığa gələ bilməyib. Bu, 2015-ci ildə imzalanmış Paris iqlim razılaşmasının icrasının başlayacağı gələn il çətinliklərin yaramasına gətirib çıxara bilər.

Çilinin Ətraf Mühit Naziri Karolina Şmit çıxışı zamanı bildirib:

"Tamamilə aydındır ki, bu, kifayət deyil. Dünya bizi izləyir və bizdən konkret həllər, daha böyük nəticələr gözləyir. Buna görə də biz qane olmadıq. Tərəflərin əldə etdiyi razılaşmalar iqlim böhranının aktuallığı ilə qarşılaşmaq üçün kifayət deyil. Potensial problemləri aradan qaldırmaq üçün hələ konsensusumuz yoxdur. Çıxışımı sonlandırmadan əvvəl dünyaya güclü və aydın bir çağırış etmək istəyirəm: siyasi iradəni gücləndirmək və iqlim fəaliyyətini ehtiyacı olan səviyyəyə yüksəltmək lazımdır."

Tənqidçilər ABŞ da daxil olmaqla, dünyada ən çox karbon tullantılarının atmosferə atıldığı ölkələri iqlim böhranı ilə əlaqədar irəliləməyə mane olmaqda ittiham etdilər.

Danışıqlar zamanı iqlim dəyişikliyinin okeanlara, meşələrə və buzlaqlara artan təsiri ilə bağlı bir sıra həyəcan doğuracaq nəticələr aşkar olunub. İstixana qazlarının rekord səviyyəyə yüksəlməyə davam etməsi bunlardan biridir.

Cümə axşamı bitməsi gözlənən danışıqlar uzandıqca, qəzəblənmiş ətraf mühit fəalları konfrans mərkəzinin ətrafına peyin atıb.

Ümumdünya Vəhşi Təbiət Fondu atmosfer çirklənməsinə səbəb olan bir sıra böyük ölkələri danışıqları əsassız yerə uzatmaqda günahlandıraraq, onların mövqelərinin elmi faktlarla ziddiyət təşkil etdiyini bildirib.

Danışıqlarda müəyyən irəliləyiş və kompromislər də olub. Polşa istisna olmaqla, Avropa İttifaqı ölkələri 2050-ci ilədək karbon emissiyasının sıfıra çatacağına vəd edib. İştirakçılar həmçinin karbon tullantılarının azaldılmasına dair planlarının genişləndirilməsinə razılıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG