Accessibility links

BMT Şurası Rusiyada insan hüquqlarının monitorinqi üzrə xüsusi məruzəçi təyin edib


İğtişaş polisi Moskvada səfərbərliyə qarşı keçirilən etirazda nümayişçini saxlayır. 21 sentyabr, 2022.
İğtişaş polisi Moskvada səfərbərliyə qarşı keçirilən etirazda nümayişçini saxlayır. 21 sentyabr, 2022.

BMT-nin İnsan Hüquqları Şurası Rusiyada insan haqlarını müşahidə etmək üçün xüsusi məruzəçi təyib edib. Şuranın 17 üzvü qətnamənin lehinə, 6-sı əleyhinə səs verib, 24-ü isə bitərəf qalıb.

Təşəbbüslə bağlı debat bir belaruslu fəal və Ukrayna və Rusiyada qərargahlanan iki humanitar təşkilat bu ilki Nobel Sülh mükafatının laureatları elan edildiyi vaxta təsadüf edib.

Şuranın iclasında iştirak edənlər bunun əhəmiyyətini göz ardı etməyiblər.

Səsvermədən öncə bir çox nümayəndə heyəti Rusiyada pisləşən insan hüquqları vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Onlar insanların ifadə və sərbəst toplaşmaq azadlığı kimi fundamental hüquqlarına qoyulan sərt məhdudiyyətlərə təəssüfləniblər.

ABŞ-ın İnsan Hüquqları Şurasındakı nümayəndəsi Mişel Teylor deyib ki, repressiv taktikalar və müxalif səslərə qarşı hücumlar Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri artıb. O bildirib ki, vətəndaş məkanının geniş şəkildə daralması rusları ictimai həyatda iştirak etməkdən çəkindirib.

“İnsan hüquqlarına qarşı bu amansız daxili hücumlar Rusiyanın Ukraynaya qarşı müharibəsinə və BMT nizamnaməsini davamlı şəkildə pozmasına imkan verir,” Teylor deyib. “Ancaq Rusiya hakimiyyətinin uzun-müddətdir Rusiya daxilində apardığı şiddətlənən repressiyası xüsusi məruzəçinin təyin edilməsinə daha çox haqq qazandırır. Biz bu qətnamənin lehinə səs verəcəyik və digərlərini də bunu etməyə çağırırıq.”

Bir çox ölkə də öz dəstəyini ifadə edib. Bununla belə, adəcə Venesuela, Kuba və Çin Rusiyanın mövqeyini dəstəkləyib.

Rusiya hökuməti xüsusi məruzəçi ilə işləməyəcəyini bildirib.

Rusiyanın Ceneverədə BMT-dəki səfiri Gennadi Qatilov şuranın ümumi insan hüquqları problemlərini həll etmək üçün dialoq forumu olmağı dayandırdığını bildirib. Bunun əvəzinə, onun sözlərinə görə, şura Qərb ölkələrinin siyasi məqsədlərinə çatmaq üçün alətə çevrilib. O, tərcüməçi vasitəsilə danışıb.

“Bu, Qərbin İnsan Hüquqları Şurasını və bütövlükdə BMT-nin insan hüquqları sistemini bir qrup ölkənin maraqlarına xidmət göstərən alətə çevirmək strategiyasında ilk addımdır…və bu məndur sənədin yekun məqsədi də budur. Burada yer alan ittihamlar eyni şəkildə birbaşa bu qətnamənin həmmüəllifi olan faktiki olaraq bütün dövlətlərə qarşı yönəldilə bilər,” Qatilov deyib.

Qətnamədə jurnalistlər, siyasətçilər, insan hüquqları müdafiəçiləri və başqa fəalların kütləvi həbsi, saxlanılması və onlara qarşı məqsədyönlü təzyiqlər də daxil olmaqla bir çox narahatlıqlar qeyd olunur. Qətnamə vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən bu ilki Nobel mükafatı laureatlarından biri olan Rusiyanın insan hüquqları təşkilatı Memorialın bağlanması tənqid olunur.

Qətnamə həmçinin Rusiya rəsmilərini bir il müddətinə xidmət edəcək Xüsusi Məruzəçi ilə tam əməkdaşlıq etməyə çağırır.

Reutersin məlumatına görə, Tass xəbər agentliyi bildirib ki, Rusiyanın xarici işlər nazirliyi qətnaməni qəti şəkildə rədd edib və orada səhv ittihamların olduğunu bildirib.

“Rusiya… İnsan Hüquqları Komitəsinin yaratdığı bu xüsusi mezanizmə məhəl qoymayacaq və onunla işləməkdən imtina edir,” Tass nazirlikdən sitat gətirib.

XS
SM
MD
LG