Accessibility links

BMT-nin Ərzaq Agentliyi fondlar tükəndiyi üçün 2 milyon əfqana ərzaq rasionlarını azaldır


Kabil, Əfqanıstan. 20 noyabr, 2021.
Kabil, Əfqanıstan. 20 noyabr, 2021.

BMT-nin Ərzaq Proqramının Əfqanıstan üzrə direktoru bildirib ki, agentlik bu ay daha 2 milyon əfqan üçün rasionları kəsib və xəbərdarlıq edir ki, maliyyə tükənsə, ucqar icmalar üçün yemək azaldığına görə bu qış “fəlakətli” keçəcək.

Rasionların kəsilməsi Əfqanıstana yardımın azalmasına dair narahatlığın artdığı bir vaxta təsadüf edir. BMT-nin humanitar yadım planının yalnız dörrdə biri maliyyələşdirilib.

Dünya Ərzaq Proqramının ərzaq və nəğd pul yardımının oktyabr ayında tükənəcəyi gözlənilir və agentlik il boyunca 10 milyon əfqana yardımını davamlı şəkildə kəsməyə məcbur olub.

Dünya Ərzaq Proqramı bildirib ki, heç bir maliyyə gəlməsə, ehtiyac içində olan ucqar ərazilərin 90 faizinə ərzaq yardımı dayandırılacaq və hətta yaxın ərazilərdə insanlar sərt hava şəraitində heç bir təchizat ala bilməyəcək.

“Bu, bizim qarşısını almalı olduğumuz bir faciədir,” Dünya Ərzaq Proqramının Əfqanıstan üzrə direktoru Hsiao-Vei Reuters agentliyinə bildirib.

Əfqanıstan ABŞ-ın dəstəklədiyi xarici qüvvələrin 2021-ci ildə geri çəkilməsinin ardınca hakimiyyətə gələn beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunan Taliban administrasiyasının rəhbərliyi altında onillərdir davam edən münaqişədən sonra dirçəlməyə çalışdığı bir vaxt ölkə əhalisinin təxminən dörddə üçünün humanitar yardıma ehtiyacı var.

İllərdir hökümətin maliyyəsinin təməlini təşkil edən inkişaf yardımları kəsilib, administrasiya sanksiyalara məruz qalıb və mərkəzi bankın xaricdəki aktivləri dondurulub.

Talibanın qadınlara tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən əksər əfqan humanitar yardım içilərinin çalışmalarının qarşısını alması onların rəsmi olaraq tanınmasına əngəl törədir və donorların çoxunun diqqətini başqa humanitar böhranlara yönəldib.

“Mən onlarla ünsiyyətlərimdə onlara xatırladıram ki, günün sonunda biz ən çox ehtiyacı olanlara diqqət yetirməliyik,” Li, donorlara istinad edərək deyib.

“Hərəkətsizliyin bədəli ən həssas və yoxsul ana və uşaqlar tərəfindən ödənilir,” o bildirib.

Forum

XS
SM
MD
LG