Accessibility links

BMT Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edib


Sindi Makkeyn
Sindi Makkeyn

BMT-nin Ümumdünya Ərzaq Proqramı-nın icraçı direktoru Sindi Makkeyn bildirib ki, Qəzza zolağındakı mülki əhali "birbaşa aclıq təhlükəsi ilə üzləşir".

"Qəzzaya qida və su təchizatı demək olar ki, çatmır. Sərhəddən lazım olan təşhizatın çox az hissəsi keçir" - deyə, mərhum senator Con Makkeynin həyat yoldaşı Sindi Makkeyn bildirib.

Sindi Makkeyn "Ac insanların mövcud ehtiyaclarını ödəmək mümkün üçün yalnız bir sərhəd keçidi məntəqəsinin fəaliyyəti kifayət deyil. Yeganə ümid Qəzzaya həyati əhəmiyyət kəsb edən ərzaq ehtiyatlarını çatdırmaq üçün başqa bir təhlükəsiz keçid açmaqdır" deyib.

Keçən həftə İsrail ordusu Şifa xəstəxanasına 4000 litr su və 1500 hazır yemək dəsti verdiyini bildirmişdi.

"Mülki əhalinin, o cümlədən xəstələrin və xəstəxana işçilərinin rifahı prioritet olaraq qalır" - deyə, İsrail Müdafiə Qüvvələri sosial X mediasında bildirib.

Forum

XS
SM
MD
LG