Accessibility links

BMT-nin Baş katibi Qəzzaya humanitar yardımın artırılmasına çağırıb


BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi deyib ki, aclığın "fələstinliləri təsirinə məruc qoyduğu" Qəzzada humanitar atəşkəsə təcili ehtiyac var.

İordaniyaya səfəri zamanı danışan Quterreş Birləşmiş Millətlər Təşkilatının yardımı genişləndirəcəyini və giriş nöqtələrini artırmaq üçün səylərini davam etdirəcəyini deyib və İsraili yardım çatdırılması üçün heç bir məhdudiyyət və ya maneə yaratmamağa çağırıb.

Beynəlxalq humanitar qruplar İsrail müfəttişləri tərəfindən rədd edilən materiallar, İsrail tərəfindən saxlanılan konvoylar və davam edən döyüşlərə görə Qəzzaya daxil olmaq imkanının olmamasına istinad edərək, fələstinli mülki şəxslərə yardım çatdırmaq imkanının olmamasından şikayətlənib.

Xüsusilə Qəzzanın şimalındakı vəziyyətlə bağlı danışan Quterreş "Hazırda kütləvi humanitar yardımın çatdırılması çox vacibdir" deyib.

Quterreş həmçinin Qəzzaya yardımın humanitar tədbirləri asanlaşdırmaq üçün döyüşlərin dayandırılmasını dəstəklədiyini bildirib.

"Qanlı müharibənin davam etməsi ilə humanitar həll olmayacaq" - deyə, Quterreş bildirib.

BMT rəhbəri deyib ki, döyüşlər indi bitməli və Qəzzada fələstinli militantlar tərəfindən saxlanılan girovlar azad edilməlidir. Onun sözlərinə görə, daha böyük mənzərəyə də diqqət yetirilməlidir və İsrail-Fələstin münaqişəsinin uzunmüddətli həlli yalnız iki dövlətli həll yolu ilə əldə edilə bilər.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi müsəlmanların müqəddəs Ramazan ayı ərzində atəşkəs, eləcə də Qəzzada saxlanılan "bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini" tələb edən qətnaməni səsverməyə çıxaracaq.

Bundan əlavə, qətnamə Qəzzaya humanitar yardım axınının genişləndirilməsinin və oradakı mülki şəxslərin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forum

XS
SM
MD
LG