Accessibility links

BMT-nin humanitar agentliyi Qəzza və İordan çayının qərb sahilində ehtiyacları qarşılamaq üçün daha çox maliyyə tələb edir


BMT-nin humanitar agentliyi cümə günü bildirib ki, Qəzza və İordan çayının qərb sahilində milyonlarla insan həyati dərəcədə mühüm yardımı göstərmək üçün artan xərcləri qarşılmaq üçün təcili olaraq daha çox pula ehtiyacı var.

“2.7 milyon insanın – Qəzzanın bütün əhalisi və işğal altında olan İordan çayının qərb sahilində 500 min insanın - ehtiyaclarını qarşılamağın bədəlinin 1ş2 milyon dollara bərabər olduğu təxmin edilir, ” Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) sözçüsü Yens Larke deyib.

BMT oktyabrın 12-də 294 milyon dollar üçün çağırış edib, amma Larke izah edib ki, o zaman bəri vəziyyət getdikcə çıxılmaz hala çatıb və “fələstinli əhalinin əzablarını yüngülləşdirmək imkanlarımız adekvat maliyyələşdirmədən asılı olacaq.”

OCHA Qəzzanın səhiyyə nazirliyinə istinad edərək bildirib ki, son 17 gündə fələstinlilər arasında ölüm halları 9061-i ötüb və qurbanların 62 faizini qadınlar və uşaqlar təşkil edir.

“Qəzzada məcburi köçkünlər baxımından bu rəqəm təxminən 1.5 milyona çatıb. Buna BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin 149 obyektində sığınan 700 minə yaxın insan daxildir.”

“Və İordan çayının qərb sahilindəki vəziyyəti də unutmayaq. Orada da zorakılıqlar artmaqdadır,” Larke deyib.

Qəzzada humanitar vəziyyət pisləşdikcə, İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən fələstinlilərə qarşı zorakılıqları artır. Larke deyib ki, BMT oktaybarın 7-dən bəri 130-dan çox ölüm və 2200-dən çox yaralanma halını sənədləşdirib.

“İordan çayının qərb sahilində köçkün zorakılığı və çıxışa məhdudiyyətlər təxminən 1000 fələstinlinin didərgin düşməsinə səbəb olub,” o deyib.

“İşğal altında olan İordan çayının qərb sahilində, o cümlədən Qüdsün şərqində fələstinlilərin artan və çoxtərəfli insan hüquqları pozuntuları fonunda vəziyyət narahatedici və təcilidir,” BMT-nin insan hüquqları üzrə ali komissarının sözçüsü Liz Trossel deyib.

Forum

XS
SM
MD
LG