Accessibility links

BMT: COVID 77 milyon insanı yoxsulluğa sürükləyib


BMT-nin hesabatında pandemiyanın keçən il 77 milyondan çox insanı daha çox yoxsulluğa sürüklədiyi və bir çox inkişaf etməkdə olan ölkələrin borclarını qaytara bilmədikləri bildirilib. Bu hesabatda Ukraynadakı müharibənin təsirlərindən bəhs edilməyib.

Hesabatda deyilir ki, zəngin ölkələr pandemiya böhranından xilas olmaq üçün çox aşağı faizlə rekord məbləğdə borc götürə bilər. Lakin ən yoxsul ölkələr öz borclarını ödəmək üçün milyardlarla dollar xərcləyilər ki, bu da onların təhsil və səhiyyə sisteminin yaxşılaşdırılmasına, ətraf mühitin qorunması və bərabərsizliyin azaldılması xərclərinə mane olub.

BMT-nin məlumatına görə, 2019-cu ildə 812 milyon insan gündə 1,90 dollar və ya daha az məbləğlə həddindən artıq yoxsulluq içərisində yaşayıb və 2021-ci ildə, pandemiya dövründə bu rəqəm 889 milyona yüksəlib.

Hesabat yoxsulluğun aradan qaldırılması, bütün gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsi və gender bərabərliyinə nail olmaq daxil olmaqla, 2030-cu ilədək BMT-nin inkişaf məqsədlərinə nail olmaq üçün maliyyələşdirmə haqqındadır.

BMT Baş katibinin müavini Əminə Məhəmməd mətbuat konfransında səylərin "bəşəriyyət üçün kritik bir anda - iqlim dəyişikliyinin təbii sistemlərimizə böhranları və uzun sürən COVID-19 pandemiya vaxtında" göstərildiyini deyib.

Onun sözlərinə görə, bütün bunlara Ukraynadakı müharibənin qlobal təsiri də əlavə olunub. "BMT-nin hesabatı 1,7 milyard insanın Ukraynadakı müharibə səbəbindən ərzaq, enerji və kübrə xərclərinin artması ilə üzləşdiyini göstərir" - deyə, Məhəmməd bildirib.

Hesabatda təxmin edilir ki, inkişaf etməkdə olan ölkələrin 20%-də adambaşına düşən ÜDM 2023-cü ilin sonuna, hətta Rusiyanın Ukraynadakı müharibəsinin təsirini udmazdan əvvəl 2019-cu ildən əvvəlki səviyyəyə qayıtmayacaq.

Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ən yoxsul ölkələr borclarına görə orta hesabla gəlirlərinin 14%-ni ödəyir. Bir çoxları pandemiya nəticəsində təhsil, infrastruktur və kapital xərcləri üçün büdcələri azaltmağa məcbur olur. Lakin inkişaf etmiş zəngin ölkələr cəmi 3,5% ödəyir.

Hesabatda eləcə də deyilir ki, Ukraynadakı müharibə bu problemləri daha da dərinləşdirəcək və bu, həm də enerji və əmtəə qiymətlərinin artmasına, təchizat zəncirinin pozulmasına, yüksək inflyasiyaya və maliyyə bazarlarında sabitsizliyə səbəb olacaq.

Məhəmməd deyib ki, zəngin donor dövlətlər müharibə nəticəsində hərbi xərcləri artırsa, inkişaf etməkdə olan ölkələrə yardımı kəssə və iqlim böhranının həll səylərini azaltsa bu, "faciə ola bilər".

Hesabatın tövsiyələrinə borcdan azad olmağın sürətləndirilməsi və yüksək borcu olan orta gəlirli ölkələr üçün uyğunluğun genişləndirilməsi, beynəlxalq vergi sisteminin koronavirus peyvəndlərinin mövcudluğu və tibbi məhsullara çıxış kimi problemləri həll etmək üçün uyğunlaşdırılması, sabit enerjiyə investisiyalarının sürətləndirilməsi və məlumatların təkmilləşdirilməsi daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG