Accessibility links

BMT Rusiyanı həbs edilən etirazçıları azad etməyə çağırıb


BMT-nin insan haqları idarəsi Prezident Vladimir Putinin Ukraynada Rusiyanın döyüş qabiliyyətinin artırılması layihəsinə etiraz etdikləri üçün həbs edilənlərin azad edilməsinə çağırıb.

Xəbər verildiyi kimi Prezident Vladimir Putinin keçən çərşənbə günü Ukraynanın işğalına qoşulmaq üçün qoşunların qismən səfərbər olunması barədə bəyanatından sonra Rusiyanın müxtəlif yerlərində 2400-ə yaxın etirazçı həbs edilib.

Onun Ukraynada döyüşdən yorulmuş Rusiya ordusunu gücləndirmək üçün ehtiyatda olan 300 min əsgərin səfərbərliyini elan etməsi müharibə əleyhinə kütləvi etirazlara səbəb olub.

BMT-nin insan haqları üzrə sözçüsü Ravina Şamdasani deyib ki, bəzi hallarda nümayişçilərlə polis arasında toqquşmalar baş versə də, etirazların əksəriyyəti dinc xarakter daşıyıb.

"Etirazların əksəriyyətinin dinc xarakter daşıdığı bildirilsə də, bir neçə bölgədə hərbi və inzibati binalara, eləcə də hərbi xidmət binalarına hücumlar olub. Biz insanların sırf dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə həbs edilmələrini azadlıqdan məhrumiyyət adlandırırıq" - deyə, Şamdasani bildirib.

O deyib ki, həbsdə neçə nəfərin olduğu bəlli deyil.

Xidmətə çağırılma qorxusu minlərlə insanı başqa ölkələrə qaçmağa məcbur edib. Şamdasani gərəksiz müharibə adlandırdığı kontekstdə "bu qədər çox insanın bu cür çıxılmaz tədbirlərə əl atdığını görmək ürək ağrıdır" deyib.

O, müharibəyə getməkdə tərəddüd edən insanlara etirazlarını vicdanla bildirmələri üçün məlumat verilməli olduğunu bildirib.

Şamdasani qeyd edib ki, Rusiya hökuməti bəzi hallarda insanlardan səhvən səfərbərlik tələb olunduğunu etiraf edib. O, belə hallarla qaynar xəttin yaradılmalı olduğunu deyib.

XS
SM
MD
LG