Accessibility links

NATO xəbərdarlıq verir


Rusiya sülhməramlılar adı altında Ukraynaya hərbi qüvvə göndərə bilər

NATO Rusiyanın sülhməramlılar adı altında Ukraynaya hərbi qüvvə göndərə biləcəyi barədə xəbərdarlıq verib.

Bundan bir gün əvvəl hərbi alyans Rusiyanın Ukrayna sərhədləri boyu yerləşdirdiyi qüvvələrin sayının ciddi şəkildə artırıldığını bildirib. Bölgəyə piyada və xüsusi təyinatlı qüvvələr daxil edilməklə, 20 min əsgər, çoxsaylı tank və qırıcı təyyarələr yerləşdirilib.

Polşanın baş naziri Donald Tusk son günlər Rusiyanın Ukraynaya hərbi müdaxilə təhlükəsinin artdığını deyib.

Bu arada, Rusiya BMT-ni Ukraynadakı humanitar böhranla bağlı təcili olaraq tədbirlər görməyə çağırır. Lakin Birləşmiş Ştatlar deyir ki, Rusiya bu böhrana son qoya bilər.

Bu gün Rusiyanın çağırdığı Təhlükəsizlik Şurasının iclasında səfir Vitaliy Çurkin Ukraynanın şərqində beynəlxalq humanitar prinsiplərə riayət edilməli olduğunu deyib.

ABŞ səfirinin müavini Rozmeri Di-Karlo isə deyib ki, Rusiya bölgəyə yaraqlı, silah və pul göndərməyi dayandırmalıdır. "Bunun əvəzində Rusiya sərhəd bölgələrdə hərbi batalyonların sayını atrıraraq, orada genişmiqyaslı təlimlər keçirməyi planlaşdırır" - deyə, Di-Karlo bildirib.

BMT-nin humanitar yardım nümayəndəsi Con Ginq Ukraynada, əsasən də zorakılıqların baş alıb getdiyi şəhərlərdə vəziyyətin daha ağır olduğunu deyib. O deyib ki, evlərini qoyub qaçanlar rəsmi qeydiyyatdan keçmədikləri üçün yardımın miqdarını müəyyən etmək çətindir.

XS
SM
MD
LG