Accessibility links

BMT-nin Meteorologiya Agentliyi: 2023-cü il ən isti ildir və qarşıda daha ekstremal hava şəraiti gözlənir


BMT-nin Meteorologiya Agentliyi cümə axşamı 2023-cü ilin tarixdə ən isti il olacağını bildirib və gələcəkdə daşqınlar, meşə yanğınları, buzlaqların əriməsi və istilik dalğalarının artmasına səbəb olan narahatedici tendensiyalar barədə xəbərdarlıq edib.

Ümumdünya Meteorologiya Təşkilatı həmçinin xəbərdarlıq edib ki, il üçün orta temperatur sənayedən əvvəlki dövrlərə nisbətən Selsi ilə təxminən 1,4 dərəcə artıb. Bu, 2015-ci ildə Paris İqlim Sazişinə əsasən əsrin sonu üçün nəzərdə tutulan hədəf həddi altında dərəcənin onda biri deməkdir.

Ümumdünya Meteorologiya Təşkilatının baş katibinin bildirdiyinə görə, bu ilin əvvəlində Sakit Okeanda istiləşmə ilə əlaqədar olan El Ninon hava fenomeninin baş qaldırması gələn il orta temperaturu Parisdə müəyyən edilmiş 1,5 dərəcəlik həddi keçə bilməsinə işarədir.

"Praktiki olaraq əminik ki, qarşıdakı dörd il ərzində, ən azından müvəqqəti olaraq bu 1,5 həddinə çatacağıq. Və növbəti onillikdə daimi olaraq aşağı-yuxarıda bu səviyyədə qalacağıq" - deyə, Patteri Taalas bildirib.

Ümumdünya Meteorologiya Təşkilatı bu il neftlə zəngin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin illik iqlim konfransının başlaması ilə bağlı nəticələri açıqlayıb.

BMT agentliyi bildirib ki, Paris razılaşmasının əsas məqsədinin meyarının 1,5 dərəcə artımın təkcə bir il deyil, 30 il ərzində davamlı olub-olmamasıdır, ancaq başqaları dünyanın bu barədə daha çox şəffaflığa ehtiyacı var.

"Paris sazişini pozmaqla bağlı şəffaflıq mühüm olacaq," Britaniyanın Metereologiya İdarəsindən Riçard Betts deyib.

Taalas "Həqiqətən nəyin 1,5 dərəcə Selsidən çox sayılacağı ilə bağlı razılaşma olmadan, iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün tədbirlərin daha da aktuallaşacağı anda diqqətimizi yayındırmaq və çaşqın olmaq riskimiz var" deyib.

Taalas buzlaqların itirilməsinə və "qarşıdan gələn min il" ərzində dəniz səviyyəsinin yüksəlməsinə işarə edərək, "Biz 2,5 ilə 3 dərəcə istiləşməyə doğru gedirik və bu, iqlim dəyişikliyinin kütləvi şəkildə daha çox mənfi təsirlərini görəcəyimiz anlamına gəlir" deyib.

Forum

XS
SM
MD
LG