Accessibility links

UNESCO qeyri-maddi mədəni irslər siyahısına Almaniyadakı mağaraları daxil etməyi planlaşdırır [Video]


Almaniyanın cənub-qərb hissəsində, dağ silsilələri yeraltı çaylarla kəsişir. Bu isə ərazidə bir çox qədim əhəng daşı mağaralarının yaranmasına gətirib çıxarıb. Bu tarixi bir ərazidir və UNESCO bu mağaraları qeyri-maddi mədəni irs elan etməyi planlaşdırır.

Bunlar insanların yaratdığı ən qədim sənət əsərlərindəndir. Onların 40 min yaşı var.

Bunlar gözəl formalaşdırılmış, daş alətləri ilə mamont, yəni arxamda gördüyünüz məşhur at, Vogelherd mamontunun dişindən düzəldilmiş əşyalardır. Bu əşyaların 40 min yaşı var və dünyada ən qədim təsviri sənət nümunələri hesab edilir.

“İki fərqli dərədə, Lone Dərəsi və Ach Dərəsində altı mağara var və bu mağaralar mühümdür, çünki burada neandertalların yoxa çıxıb, müasir insanların Avropaya yayılmağa başladığı dövrə aid çox sayda qədim sənət əsərləri, musiqi alətləri və bir sıra digər yeniliklər mövcuddur”, deyə Tuebingen universitetindən Nikolas Konrad bildirir.

Məktəb qrupları qədimdə insanların ətraflarında baş verənləri təsvir etmək üçün yaratdıqları əşyaları görmək üçün mütəmadi olaraq bu ərazini ziyarət edir.

Nikolas Konrad: “Bunlar gözəl formalaşdırılmış, daş alətləri ilə mamont, yəni arxamda gördüyünüz məşhur at, Vogelherd mamontunun dişindən düzəldilmiş əşyalardır. Bu əşyaların 40 min yaşı var və dünyada ən qədim təsviri sənət nümunələri hesab edilir”.

Tədqiqatçılar deyir ki, texnoloji baxımdan burada yaşayan insanlar ibtidai görsənsələr də, onların müasir insan olduqlarını dərk etmək çox vacibdir.

“Məncə bunu qeyt etmək lazımdır ki, həyat o zaman fərqli idi, yəni insanlar fərqli alətlərdən istifadə edərdi, fərqli şeylər düzəldirdi. Amma əmin ola bilərik ki, 40 min il öncə dünyanın bu hissəsində, Danubenin dağlarında yaşayan insanlar da bizim qədər ağıllı və yaradıcı idi”, Konrad deyir.

Birləşmiş Millətlər Təşkilatının regionu ən yeni qeyri-mədəni irslərindən biri elan etməyi nəzərədən keçirməsinə səbəb bu artefaktların yaşı və ilk müasir insan davranışlarına açdığı pəncərədir.

UNESCO bu il Polşada bir araya gəlib siyahıya daxil olan yeni yerlərin adını açıqlayacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG