Accessibility links

UNESCO mədəni abidələri qorumaq üçün Qarabağa missiya göndərməyi təklif edir


Noyabrın 18-də UNESCO-nun Baş Direktoru Audrey Azoulay Azərbaycan və Ermənistan nümayəndə heyətini qəbul edib.

Baş Direktor iki ölkə arasında Rusiyanın vazitəçiliyi ilə razılaşmanın qəbul olunması münasibətilə BMT Baş Katibinin razılığını dilə gətirib.

Görüş zamanı Azoulay tərəflərə rəsmi olaraq münaqişə səbəbi ilə bu günə qədər UNSECO-nun ziyarət edə bilmədiyi ərazilərə missiya göndərməyi təklif edib.

Bu missiya tərəflərin razılığı ilə ən vacib mədəni varlıqların bir inventarını hazırlamağa vasitəçilik edəcək. Baş Direktor əlavə edib ki, UNESCO bu missiyanı həyata keçirmək üçün bütün maraqlı tərəfdaşlarla işləməyə hazırdır. Bu çərçivədə Minsk Qrupuna həmsədrlik edən ölkələrlə artıq məsləhətləşmələrə başlanılıb.

Görüş zamanı Audrey Azoulay tərəflərə 1954-cü ildə qəbul olunmuş Silahlı Münaqişə Baş verdikdə Mədəni Sərvətlərin Qorunmasına dair Konvensiyasının və iki Protokolunun müddəalarını xatırladaraq bildirirb ki, “hər hansı bir xalqa məxsus olan mədəni sərvətlərin zədələnməsi bütün bəşəriyyətin mədəni irsinə zərər deməkdir”.

Görüşlərdə Baş Direktor rəsmən UNESCO-nun texniki dəstəyini təklif edib. Keçmişdə cəhdlərə baxmayaraq, UNESCO heyəti bu ərazilərə gələ bilməyib. Azoulay hesab edir ki, bütün tərəflərin razılığı ilə ilkin missiya ərazidəki mühüm mədəni abidələrin inventoriyasını sənədləşdirə bilər.

Şərhlərə bax

XS
SM
MD
LG