Accessibility links

UNİCEF: Beyrutdakı partlayışlarda ən azı 3 uşaq ölüb, 1000 uşaq yaralanıb


UNICEF Livanın Beyrut bölgəsində baş verən kütləvi partlayış nəticəsində ən azı 3 uşağın öldüyünü və daha 1000 nəfərin yaralandığını bildirib. Təşkilat ən azı 31 uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olduğunu qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının uşaq fondu avqustun 11-i çərşənbə axşamı verdiyi açıqlamada partlayışdan zərər çəkmiş insanların su, təhsil, səhiyyəyə çıxış imkanları və hətta öz evlərinə girişin məhdud ola biləcəyini qeyd edib.

UNICEF dağılmış 3000 binadan 558-də araşdırma apardığını və bunların yalnız 202-də su təminatı və suya çıxış imkanlarının olduğunu bildirib.

UNİCEF 140-dan çox dövlət, özəl, texniki və peşə məktəbinin partlayışdan zərər gördüyünü və bunun nəticədə Beyrutda 8000-dən çox şagirdin təhsilinə təsir göstərə görə biləciyini bildirir.

Ən azı 16 ilkin tibbi yardım müəssisəsi və ana və uşaq, immunizasiya və yeni doğulan körpələr üçün mərkəzlər zərər görüb. Bu barədə UNICEF-in icraçı direktoru Henrietta For bazar ertəsi virtual brifinqdə bildirib. Ümumilikdə bu tibbi obyektlər və mərkəzlər təqribən 126 min nəfərə xidmət göstərirdi.

Ötən həftə agentlik partlayışda 80 minə yaxın uşağın didərgin düşdüyünü təxmin edib. Əksəriyyəti yenidən ailələrinə qovuşsa da, çoxları ailələrindən ayrı qalıb.

"Bərpa çətin olacaq. Livan onsuz da iqtisadi tənəzzül və COVID-19 hallarının narahat doğuracaq səviyyədə artımı ilə qarşılaıb. İnsanların arxalandıqları sistemlər - səhiyyə, qidalanma, su və müdafiə - artıq limit səviyyəsinə çatıb" - deyə, For qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG