Accessibility links

UNICEF: Atəşkəs çağırışına məhəl qoyulmadığı üçün Qəzzada uşaqlar ölməkdə davam edir


BMT-nin yüksək səviyyəli UNICEF agentliyi Qəzzada atəşkəs çağırışlarına məhəl qoyulmadığı təqdirdə fəsadların artmaqda davam edəcəyi və əhalinin sıx məskunlaşdığı Fələstin anklavında uşaqların daha böyük risk altında qalacağı barədə xəbərdarlıq edib.

UNICEF-in sözçüsü Ceyms Elder çərşənbə axşamı bildirib ki, Qəzza minlərlə uşaq üçün qəbiristanlığa çevrilib. O, "ora hamı üçün canlı cəhənnəmdir" deyib.

HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, oktyabrın 7-də HƏMAS yaraqlılarının mülki əhalini dəhşətli qətliamına cavab olaraq, İsrailin cəzalandırıcı bombardman kampaniyasına başlamasından bəri Qəzzada 3457-si uşaq olmaqla, azı 8300-dən çox fələstinli həyatını itirib.

İsrailə dəstək verməsinə baxmayaraq, Vaşinqton İsrail ordusunun ABŞ-ın terror qruplaşması olaraq təyin etdiyi HƏMAS-ın kökünü kəsmək üçün quru kampaniyasını genişləndirdiyi bir vaxt mülki əhalinin müdafiəsinə və Qəzzaya humanitar yardımın çatdılılmasına çağırıb.

Oktyabrın 21-də İsrail Qəzzanın blokadasını qismən ləğv etdikdən sonra BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) ərzaq, su və tibbi ləvazimat daşıyan 143 yük maşınının Misirlə sərhəddəki Rəfah məhtəqəsindən Qəzzaya daxil olduğunu bildirib.

"Bu eskalasiyadan əvvəl hər iş günü orta hesabla 500 yük maşını keçirdi. Beləliklə, ayda təxminən 22 gün" - deyə, Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Yens Layerke bildirib.

"Gündəlik 500 yük maşınının 50-si yanacaq daşıyan maşın idi" deyə, o əlavə edib.

İsraillə Fələstinin İslamçı HƏMAS qruplaşması arasında münaqişənin davam etdiyi bir vaxt humanitar yardım daşıyan yük maşınları Qəzza zolağının cənubundakı Rəfahda, Misirlə sərhədin Fələstin tərəfində gözləyir.

İsrail yanacağın Qəzzaya daxil olmasına icazə vermir, belə ki, yanacağı "ikili istifadə" məhsulu kimi təsnif edir və HƏMAS-ın ondan hərbi məqsədlər üçün istifadə edə biləcəyini deyir. İsrail həmçinin HƏMAS-ın döyüşlərdə istifadə üçün böyük miqdarda yanacaq ehtiyatı saxladığını iddia edir.

Forum

XS
SM
MD
LG