Accessibility links

UNICEF: Yəməndə müharibədə əsas zərbə təhsilə dəyib


Qızlar Hodeyda şəhərində Səudiyyə Ərəbistanının başçılığı ilə keçirilmiş hava hücumları nəticəsində dağılmış məktəb binasında dərs keçir, 24 oktyabr, 2017.

Yəməndə tədris ili rəsmən başlayb. Lakin BMT-nin uşaq fondu bildirir ki, ölkədə gedən vətəndaş müharibəsi milyonlarla uşağın məktəbə getməsinin qarşısını alır.

Yəmən hökumət qüvvələri və Huti üsyançıları arasında üç ildən artıqdır davam edən döyüşlər uşaqların sağlamlığı və rifahına dağıdıcı şəkildə təsir göstərir. BMT-nin verdiyi məlumata görə, 11 milyon uşaq, ya da ölkədə uşaqların 80 faizi humanitar yardımdan asılıdır.

Bütün ölkə boyu ictimai məktəb müəllimlərinin təxminən 67 faizinə artıq iki ildir maaş verilmir.
UNICEF-in sözçüsü Kristofer Bulirak

Müharibənin ən ağır nəticələrindən biri də uşaqların təhsil almaq imkanlarının olmamasıdır. BMT-nin uşaq fondu bildirir ki, münaqişə, siyasi bölünmələr və xroniki şəkildə inkişafın olmaması nəticəsində təhsil sektoru demək olar çökmək təhlükəsi qarşısındadır.

Uşaqlar Hodeyda şəhəri yaxınlığında sığınacaq kimi istifadə edilən məktəbin qarşısında dayanıb, 17 iyun, 2018.
Uşaqlar Hodeyda şəhəri yaxınlığında sığınacaq kimi istifadə edilən məktəbin qarşısında dayanıb, 17 iyun, 2018.

UNICEF-in sözçüsü Kristofeer Bulirak bildirib ki, bunun nəticəsi olaraq bu il təxminən 2 milyona uşaq məktəbə gedə bilmir. Onun sözlərinə görə, məktəb yaşlarında olan təxminən 4 milyon uşağın müəllim çatışmazlığı kimi ciddi problemə görə təhsil almaq imkanı olmyacaq.

“Bütün ölkə boyu ictimai məktəb müəllimlərinin təxminən 67 faizinə artıq iki ildir maaş verilmir. Çoxları dolanmaq üçün başqa iş tapıb, ya da artıq yalnız bir neçə fənn üzrə dərs deyir. Tamamilə aydındır ki, təhsilin keyfiyyəti məsələsi ortaya qoyulub. Uşaqlar müəllimlər olmadığına görə tam dərsləri keçə bilmir. Məktəblər hətta işləyəndə belə, günlər və dərs ili qısaldılır”-deyə, o bildirib.

Uşaqlar Hodeyda şəhəri yaxınlığında sığınacaq kimi istifadə edilən məktəbin otağında oturub, 17 iyun, 2018. 17, 2018.
Uşaqlar Hodeyda şəhəri yaxınlığında sığınacaq kimi istifadə edilən məktəbin otağında oturub, 17 iyun, 2018. 17, 2018.

Yəməndə təhsil müəssisələri çatımazlığı problemi də mövcuddur. UNICEF bildirir ki, 2 min 500-dən çox məktəb müharibə nəticəsində dağılıb, ya da zərər görüb. Məktəblərin çoxu məcburi köçkünlər üçün sığınacaqlara çevrilib, ya da silahlı qruplar tərəfindən ələ keçirilib.

UNICEF məktəbə gedə bilməyən uşaqların bir çox təhlükələr qarşısında olduğu ilə bağlı xəbərdarlıq edir. Təşkilat oğlanların uşaq əsgərlər kimi istifadə edilməsi riski qarşısında olduğunu qeyd edir. BMT-nin uşaq agentliyi 2 min 600-dən çox uşağın silahlı qrupların sıralarına götürüldüyünü bildirir.

UNICEF qızların erkən yaşlarda ərə verilməsi ehtimalının olduğunu bildirir. 2016-cı ildə keçirilmiş sorğulara əsasən, Yəməndə qızların təxminən üçdə bir hissəsi 18 yaşından, 44.5 faizi isə 15 yaşından əvvəl ərə verilib.

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG