Accessibility links

United Airlines-da ailə itinin ölümü qəzəblə qarşılanır


United Airlines avia-şirkətinin təyyarəsində bu həftə bir ailə itinin ölməsi federal qanun tənzimləyicilərinin və ABŞ senatorunun diqqətini bu məsələyə cəlb edib.

Bazar ertəsi Nyu York-Hyuston reysində stüardessa ailəyə itlərini başüstü yükləmə baqajına yerləşdirilməli olduğunu dedikdən sonra Kokito adlı fransız bulldoqu ölüb.

Respublikaçı senator Con Kennedi United Airlines şirkətinin prezidenti J. Scott Kirbyə məktub göndərərək, təyyarə uçuşları zamanı niyə bu qədər çox ev heyvanı öldüyünə dair izahat tələb edib.

İtin sahibəsi Robledo bildirib ki, təyyarə Nyu York şəhərinə endikdən sonra Kokitonu qəfəsində cansız halda tapıb.

United Airlines avia-şirkəti ailənin xərclərini və təyyarədə heyvan gətirmək üçün edilən ödənişi geri qaytarıb.

ABŞ Nəqliyyat və Federal Aviasiya İdarəsi şikayət iddiasını nəzərdən keçirdiklərini bildiriblər.

Nəqliyyat Departamentinin hesabatında qeyd edilib ki, ABŞ boyu reyslərdə keçən il 24 heyvan ölüb.

Luizianadan olan Respublikaçı senator Con Kennedi United Airlines şirkətinin prezidenti J. Scott Kirbyə məktub göndərərək, təyyarə uçuşları zamanı niyə bu qədər çox ev heyvanı öldüyünə dair izahat tələb edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG