Accessibility links

Ukraynanın işğal olunan ərazisində Vahid Rusiya partiyasının qərargahı dağıdılıb


“Kyiv Independent”in şənbə günü verdiyi məlumata görə, Ukraynanın Zaporijye vilayətinin Rusiya tərəfindən işğal olunan Polohi şəhərinə Vahid Rusiya siyasi partiyasının qərargahı cümə günü dağıdılıb.

Melitopolun meri İvan Fedorov insidenti “Telegram”da elan edib. Fedorov deyib ki, insident Ukraynanın Rusiya tərfindən işğal olunan ərazilərində “saxta seçkilərin” keçirildiyi vaxta təsadüf edib.

Rusiya Ukraynanın Xerson, Zaporijye, Donetsk və Luhansk vilayətlərini ilhaq etdiyimi iddia edir.

Britaniya Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildiirb ki, Ukrayna silahlı qüvvələri Robotine şəhərinin şərqində Rusiyanın müdafiə xəttlərinə qarşı “mərhələli taktiki irəliləyişlər” əldə edirlər.

Əvvəllər “Twitter” kimi tanınan “X”də paylaşılan məlumatda həmçinin bildirilir ki, “yüksək ehtimalla” Rusiya Robotıne yaxınlığında “deqradasiya olunmuş bölmələri əvəz etmək” üçün cəbhə xəttinin başqa ərazilərdindən qüvvə gətirib. Nazirlik deyib ki, bu yerdəyişmə Rusiyanın digər cəbhə bölgələrində hücum əməliyyatları keçirmək qabiliyyətini “boyük ehtimalla məhdudlaşdırır” və “yüksək ehtimalla” Rusiyanın müdafiə xəttinə, xüsusilədə Robotine ətrafında təzyiqin olduğuna “işarədir.”

BMT-nin baş katibi Antonio Quterreş ötən ay yazdığı məktubda Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, Rusiya ərzaq və gübrə tranzaksiyaları üçün SWIFT bank sisteminə üzvlük və çıxış üçün müraciət edə biləcək.

Rusiya Kənd Təsərrüfatı Bankının Lüksemburqdakı törəmə müəssisəsi bankın 30 gün ərzində beynəlxalq ödəniş sisteminə “çıxışını effektiv şəkildə təmin etmək” üçün dərhal SWIFT-ə müraciət edə bilər, Birləşmiş Millətlər Təşkilatı cümə günü Reuters tərəfindən görülən məktubunda Rusiyaya bildirib.

Moskvanı BMT-nin vasitəçilik etdiyi Qara Dəniz Taxıl Təşəbbüsünə dönməyə inandırmaq məqsədilə Quttereş Bİrləşmiş Millətlər Təşkilatının Rusiyanın taxıl və gübrə ixraclarını yaxşılaşdırmaq üçün görə biləcəyi dörd tədbiri vurğulayıb.

Quterreş Lavrova deyib ki, BMT “onların tətbiqinin Rusiya Federasiyasının Qara Dəniz Təşəbbüsünə qayıtmasına və əməliyyatların tam bərpasına gətirib çıxaracağına dair anlaşma əsasında” bütün tədbirləri görməyə dərhal hazırdır.

Rusiyanın əsas tələbi Rusiya Kənd Təsərrüfatı Bankı, Rosselxozbankın, yenidən SWIFT sisteminə bağlanması olub. Bank Rusiyanın ötən ilin fevralında Ukraynaya hərbi müdaxiləsinin ardınca həmin ilin iyun ayında Avropa İttifaqı tərəfindən sistemdən kənarlaşdırılıb.

Rusiya xarici işlər nazirliyi çərşənbə günü BMT sədrinin təklifləri ilə bağlı skeptisizmini ifadə edib.

Forum

XS
SM
MD
LG