Accessibility links

Univision-nun çəkiliş heyəti qısa müddət Venesuelada saxlanılıb


Amerikalı televiziya jurnalisti Horhe Ramos deyir ki, bazar ertəsi Venesuela prezidenti Nikolas Maduro ona verdiyi müsahibəni gözlənilmədən kəsəndən sonra o və çəkiliş heyəti qısa bir müddət prezident sarayında saxlanılıb.

ABŞ-da fəaliyyət göstərən ispandilli Univision şəbəkəsində işləyən Ramos deyir ki, o, prezidentə zibil maşınından yemək yeyən gənc venesuelalıların videosunu göstərəndən sonra Maduro müsahibəni dayandırıb.

Venesuela təhlükəsizlik qüvvələri Ramos və çəkiliş heyətinin mobil telefonlarını əllərindən alıb. Jurnalistlərə bildirilib ki, onlar çərşənbə axşamı deportasiya ediləcək.

Venesuelanın informasiya naziri Horhe Rodrigez jurnalisti ABŞ Dövlət Departamentinin yardımı ilə “ucuz şoular” hazırlamaqda günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG