Accessibility links

Naməlum şəxslər Demokratlar Partiyasının Arizona ştatındakı seçki qərargahına atəş açıblar


Arizona ştatının Finiks şəhərətrafı qəsəbəsində Demokratlar Partiyasının seçki qərargahına atəş açılıb və bu, maddi ziyana səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Finiks televiziya kanalları ofisin qapı və pəncərələrində güllə dəliklərini göstərən video nümayiş etdirib.

Arizona ştatının Tempe şəhəri polisi güllə dəliklərinin bazar ertəsi səhər tezdən aşkar edildiyini bildirib. Atəş zamanı ofisdə heç kim olmayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

"Biz Tempe polisinin hadisə yerinə tez reaksiya verdiyinə görə minnətdarıq və xoşbəxtik ki, ofisdə heç kim olmayıb və ya xəsarət almayıb", Demokrat partiyanın Arizonadakı seçki kampaniyasının koordinatoru Şon Makkenerni bildirib.

Arizona Respublic-dən verilən məlumata görə, polis bir həftə əvvəl eyni ofisin yaxınlığında pnevmatik silahdan açılan atəş barədə məlumat verildiyini bildirib.

Forum

XS
SM
MD
LG