Accessibility links

Universitetlərdə casusluq [Video]


Universitetlərdə casusluq
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Bu, bütün Amerika kollec kampuslarında oxşar mənzərədir: tələbələr bilik əldə etmək üçün bir-birilə ünsiyyət qurur və bir gün dünyada öz izlərini qoyacaqlarına ümid edirlər. Belə mühit xarici hökümətlərin casuslarına rast gələcəyiniz yerə bənzəmir. Lakin araşdırmaçı müxbir Den Qolden sizi təəccübləndirəcək.

“Amerika universitetlərində çox sayda beynəlxalq tələbələr və professorlar var. Bəziləri buraya öz ölkələri üçün məlumat toplamaq və ya elmi sirrlər əldə etmək üçün gəlib.”

Qoldernin “Casus Məktəbləri” kitabında elm ocaqlarındakı müxtəlif casusluq növlərindən danışılır.

Müəllif deyir ki, kollec kampuslarını casuslar üçün cəlbedici edən orada fikir və mədəni mübadilə üçün azadlığın təşviq olunmasıdır.

Çarli MakQoniqal, FBI-ın xüsusi agenti: “Bu böyük problemdir. Çünki bildiyiniz kimi, Birləşmiş Ştatlarda bizim akademik institutlarımız çox açıqdır. Çoxlu tədqiqatlar və tərəqqi mövcuddur. Xarici hökümətlər də həmin universitetlərə tələbə göndərməklə bundan yararlanmağa çalışırlar.”

Xaricdə təhsil alan amerikalılar da tez-tez xarici hökümətlərin hədəfi olurlar. Məsələn 2014-cü ildə Çin üçün casusluğa cəlb edilən Qlen Şriver adlı amerikalı tələbənin real həyatda başına gələn hadisələr haqqında hətta film çəkilib.

Çarli MakQoniqal, FBI-ın xüsusi agenti: “Tələbələr həmin hökümətlər tərəfindən cəlb edilir. Sonra isə onlara ABŞ hökümətinə və ya həssas məlumatlara malik olan özəl şirkətlərə işə müraciət etmələri tapşırılır. Bununla da həmin sahələrdən məlumat toplanılır.”

Birləşmiş Ştatlar üçün də akademiyada kəşfiyyat əməliyyatları yad deyil. Aleks Van Şaik ABŞ rəsmiləri ilə tanış olandan Boliviyada həmkərlar ittifaqını öyrənən tədqiqatçı və Fulbrayt təqaüdçüsü idi.

Aleks Van Şaik, Əmək münasibətləri hüquqşünası: “Dedilər ki, sən əgər orada sahə işi görəcəksənsə, qarşına hər hansı kubalı doktor və ya venesuelalı rəsmi çıxsa onların yerləri haqqında ABŞ səfirliyinə məlumat verim. Çünki onların orada olduğunu bilirlər.”

Lakin FBI deyir ki, bu cür işlər ABŞ üçün nadir hallarda edilir.

Çarli MakQoniqal, FBI-ın xüsusi agenti: “Biz mütamadi olaraq həmin cür razılığa gəlirik. Lakin bu sahədə işlərimizə Çin və ya Rusiya hökümətindən fərqli olaraq böyük diqqət ayırmırıq.”

Qolden deyir ki, bu barədə məlumatlılığı artırmaq çox əhəmiyyətlidir. O, 2010-cu ildə aşkar edilən və illər ərzində özünü sıravi amerikalı kimi təqdim edən rusiyalı agentlə bağlı hadisəni qeyd etdi.

“Onların böyük əksəriyyəti Amerika kolleclərinə və universitetlərinə gedir və ya gedib. Bu keyfiyyət məsələn, Rusiya üçün fərdi casusluğa cəlb etmək üçün çox mühüm meyardır.”

XS
SM
MD
LG