Accessibility links

Uqanda Çinin yardımı ilə yeni yollar çəkir


Uqanda Çinin yardımı ilə yeni yollar çəkir
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Uqanda Çinin yardımı ilə yeni yollar çəkir

Çin son illərdə Uqandaya yeni yollar qurmaq üçün yüz milyonlarla dollar borc verib. Ancaq bəzi uqandalıları bu layihələrin faydası maraqlandırır. Tikinti ən çox Çin şirkətləri tərəfindən həyata keçirilir və nəticədə kreditləri ödəməklə tikintinin yükünü daşıyacaq və vergi ödəyiciləri uqandalılardır.

Uqandada böyük tikinti şirkətlərinin olmaması yolların inşasını xarici şirkətlərə, xüsusən də Çin şirkətlərinə verir.

Çin Rabitə Tikinti Şirkətinin ən böyük layihələrindən biri Əntib Hava Limanından Kampala qədər olan 51 kilometrlik ekspres avtomagistralıdır.

Lakin tikintinin Uqandanın ümumi yol tikintisinin büdcəsinin üç misli olan dörd yüz əlli milyon dollara bərabər olması bəzi suallar doğurur, bunlardan ən əsası isə tikinti işlərinin yerli tikinti şirkətlərinə verilməməsidir.

Uqanda Milli Tikinti və İnşaat Birliyinin direktoru olan Daniel Lokonq deyir ki, Uqandada olan şirkətlərin bir çoxuna çinlilər sahibdir və onların bir hissəsi Çin höküməti tərəfindən idarə olunur. Uqandada heç bir şirkət Uqanda hökuməti və Uqandalılar tərəfindən idarə olunmur. Heç biri. O deyirik ki, yerli şirkətlərin inkişafına imkan vermək lazımdır.

2017-ci ildə Uqandalı podratçılar yerli firmalar üçün saxlanılan yüksək dəyərli tikintinin 30 faizini almaq üçün qanun qəbul edib. Lakin bu ilin əvvəlində Dövlət Satınalma Orqanı və Maliyyə Nazirliyi bu qərarı ləğv edib.

Hakimiyyət yerli podratçıların iri layihələr üçün maliyyə, qurğu və kifayət qədər təcrübənin olmadığını bildirib.

Uqanda Əmək Nazirliyinin işçisi olan Suzan Kataike isə başqa fikirdədir: “Çin şirkətləri nisbətən daha ucuz variantlar təklif edir və həm də işlərini yaxşı görürlər. Beləliklə, ölkə işi xüsusi olaraq Çinə vermir, onlar həm də səmərəli təkliflər edir."

Əntib Ekspress avtomagistralının maliyyələşdirilməsi üçün Çin Eksim Bankı Uqandanın kreditinin 20 faizini maliyyələşdirdi.

Uqandanın Borc Şəbəkəsindən Kapvepve Culius Mşambi deyir ki, Çinə pul borclu olması problem ola bilər: “Çinlilər burada Afrika üzrə xeyriyyəçiliyə gəlməyiblər, bu biz afrikalıların qanında var. Həmçinin bizim öz afrikalılarımız təkcə başqalarının puluna işləməli deyil, özləri inkişaf etməlidirlər, özləri öz şirkətlərini idarə etməyi bacarmalıdırlar. “

Yerli podratçılar hökumətin Uqanda inşaat sektorunu dəstəkləmək üçün hazırladığı 2005-ci ildə qanun layihəsi qəbulu və həyata tətbiqinin lazım olduğunu bildirirlər.

Qanun layihəsi, digər məsələlərlə yanaşı, hökumətə çoxmillətli şirkətlərin yerli şirkətlərə məlumat köçürməsini tələb edərək, Uqanda podratçılarının imkanlarını yaxşılaşdırmağa kömək etməyə çağırır.

XS
SM
MD
LG