Accessibility links

Uqandada intiharçıların törətdiyi partlayış nəticəsində 76 nəfər həlak olub


Partlayış yerində bomba ilə doldurulmuş intiharçı jileti aşkar edilib

Uqanda dövlət rəsmiləri deyib ki, polis bazar günü paytaxtda dünya kubokunun final oyununu televizorla izləyərkən 76 nəfərin ölümü ilə nəticələnən iki partlayışı araşdıran zaman işə düşməmiş bomba ilə doldurulmuş intiharçı jileti aşkar ediblər. Polis rəisi Keyl Kayura bu gün bildirib ki, işə düşməyən partlayıcı jilet başqa yerlərdə istifadə edilmiş partlayıcı maddələrə aiddir, və intiharçılar tərəfindən istifadə olunmaq üçün deyil, torpağa basdırılmaq üçün nəzərdə tutulub. Kayura müxbirlərə bir neçə adamın hadisə ilə saxlanıldığını bildirib, lakin saxlanılan şəxslər barədə ətraflı məlumat verməyib. Bu arada Prezident Yoveri Museveni hadisənin qurbanları üçün bu gündən başlayaraq bir həftəlik matəm elan edib. Əl-Şabab Somali militant qrupu partlayışa görə məsuliyyəti öz boynuna götürüb. Əl-Şababinin sözçüsü Şeyx Əli Mahmud Rağe partlayışın Uqandanın Somali hökumətini dəstəkləyən sülhməramlı qüvvələrin tərkibində iştirak etməklərinə cavab olduğunu bildirib. Onlar əlavə hücumların olacağını bildiriblər. Əl-Qaidə ilə bağlı olan əl-Şabab təşkilatı əvvələr Somalinin xaricində ciddi terror hücumu həyata keçirməyib.

XS
SM
MD
LG