Accessibility links

Uqandada oğurlanan amerikalı qadın xilas edilib


Uqanda prezidenti Yoveri Museveni silahlı şəxslər tərəfindən qaçırılan amerikalı qadın və sürücüsünün xilas edilməsindən sonra ölkəsinin təhlükəsiz bir yer olduğunu bildirib.

O bu sözləri bazar ertəsi günü xilasetmə əməliyyatını həyata keçirən təhlükəsizlik qruplarının qarşısındakı çıxışı zamanı səsləndirib.

Ötən həftə 4 nəfər naməlum silahlı şəxs Kimberli Sue Endikot və onun sürücüsü Jan-Pol Mirenge-i Queen Elizabeth Milli Parkının içərisindəki düşərgədən oğurlanmışdı. Qaçırılma barədə park rəhbərliyinə hadisə yerində olan və naməlum şəxslər tərəfindən qarət edilən yaşlı cütlük xəbər vermişdi.

Uqanda polisi bazar günü bildirib ki, xilasetmə əməliyyatından sonra Endikot və Mirenge təhlükəsizlikdədir və sağlamlıqlarında da heç bir problem yoxdur.

Polis sözçüsü əlavə edib ki, oğrular qurbanlardan birinin telefonunu istifadə edərək 500 min dollar pul tələb ediblər.

Endikot üçün tələb olunan ulun ödənilib-ödənilmədiyi məlum deyil.

XS
SM
MD
LG