Accessibility links

Ural Hatəmi: Pandemiyanın davranışlara uzun dönəmli təsirləri istisna olunmur


"Virusun fərqli toplumlara toxunduğu zaman fərqli davranışlar ortaya çıxardığı müşahidə edilir," deyə sosioloq Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə COVID-19 pandemiyasının cəmiyyətlərə müxtəlif təsirlərini şərh edir. Sosioloq toplumlarda ciddi və qalıcı dəyişikliklərin yaşanacağını istisna etmir.

Ural Hatəmi pandemiyanın ictimai təsirlərini şərh edir
please wait

No media source currently available

0:00 0:14:13 0:00

“Sosiloji aspekt dediyimizdə, insanların mikro və makro səviyyədə əlaqələri, davranışları, kültürləri, həyat tərzlərini, yəni bu gündəlik həyatımızda bir-birimizlə təmaslar və ünsiyyətimizi nəzərdə tuturuq,” Ural Hatəmi söyləyir.

Mediada və sosial şəbəkələrdə bəzən görürük ki, bu çox böyüdülür, şişirilir və gerçəklikdən çıxır... Biz indidən, ancaq, bəzi hipotezlər və təxminlər yürüdə bilərik.

Onun fikrincə, post-pandemiya dönəmində ortaya çıxacaq dəyişiklikərin mahiyyəti ilə bağlı hazırda ancaq təxminlər yürütmək mümkündür:

“Təbii ki, dəyişikliklər gözləyirik və bəzi dəyişiklikləri də görməyə başlamışıq. Bunu elə pandemiyanın ciddiləşdiyi gündən görürük biz. Ancaq [post-pandemiya dönəmindəki] dəyişikliklərin nə səviyyədə olacağı əsas məsələdir. Mediada və sosial şəbəkələrdə bəzən görürük ki, bu, çox böyüdülür, şişirdilir və gerçəklikdən çıxır... Biz indidən ancaq bəzi hipotezlər və təxminlər yürüdə bilərik.”

Ural Hatəmi Covid-19 pandemiyasının müxtəlif toplumlarda, eləcə də müəyyən bir toplumun müxtəlif ictimai və demoqrafik qrupları arasında fərqli sosioloji təsirlər ortaya çıxaracağını ifadə edir.

“Mənə görə bugünkü durumda konkret təsirlərdən danışmaq mümkün deyil. Hansı toplumla bağlı danışırıqsa, o topluma gedib, incələyib araşdırmaq lazimdir. Bu gün ki, hələ virus ortadadır, bunun müalicəsi yoxdur və vaksini yoxdur, insanlar bu sosial məsafəni tətbiq edirlər. Sabah virusun dərmanı tapıldıqdan sonra durum necə olacaq? Bunu indidən konkret olaraq demək mümkün deyildir,” araşdırmaçı söyləyir.

O əlavə edir, “amma qəti şey budur ki, bunun təsiri olacaqdır. Heç bir hadisə heç bir toplumda təsirsiz girib çıxmaz. Təsirini buraxar, sonra çıxar. Bu təsirin səviyyəsini və ya hansı yönə gedəcəyini gələcəkdə araşdırmaq lazimdir.”

Sosioloq həmçinin keçmişdə baş verən qlobal hadisələrin nəticələrini tədqiq edərək də bəzi təxminlər yürütməyin mümkün olduğunu önə çəkir.

“İkincii Dünya Müharibəsindən sonra bütün dünyada bir rifah dövləti, sosial dövlət anlayışı ortaya çıxdı... Amma 1970-lərdə qlobal bir iqtisadi böhranın ortaya çıxması ilə deyə bilərik ki, bütün bu sistem çökdü. 1980-dən sonra bu neo-liberal sistemin ortaya çıxması ilə sosial və rifah dövlətlərində geriləmə gördük. Yəni, biz o iqtisadi böhranın sosioloji, siyasi və iqtisadi təsirlərini çox rahat görə bildik,” Hatəmi qeyd edir.

O, hazırda dünyada yaşanan iqtisadi problemlərin də ciddi dəyişikliklərə yol aça biləcəyini vurğulayır.

“Bu gün də görürük ki, neftin qiyməti çox ciddi şəkildə azaldı. Dünyada iqtisadi balans bir az sarsımağa, titrəməyə başladı. İqtisadiyyatı, ticarəti, hər şeyi təsiri altına aldı. Təbii ki, biz 1970-lərdə olduğu kimi bunun da nəticələrini toplumlarda görəcəyik. Yəni, bu neo-liberal sistem ki, bu günə qədər dünyada hakim idi, hansı tərəfə gedəcəkdir? Dövlətlər toplumda insanların rifahına daha çox büdcə ayırcaqlarmı? O neo-liberal sistem bir az çəkilib, öz yerində otura biləcəkmi?

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG