Accessibility links

Urmiyədə həbs dalğası davam edir


Qulam Quluzadə, Ata Kərimi, Əli Əzizi və Sina Həsəni
Qulam Quluzadə, Ata Kərimi, Əli Əzizi və Sina Həsəni

İyunun 6-da Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində gənc fəallar Sina Həsəni və Əli Əzizinin həbsindən sonra Qulam Quluzadə və Ata Kərimi adlı daha iki fəalın da iyunun 7-də İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

Bu barədə Oyan News, Hraz News və Günaz TV veb səhifələri məlumat yayıb.

Yayılan məlumata görə, əlavə olaraq Sina Həsəninin qardaşı Nimanı da həbs etmək üçün fəalların evinə gedən məmurlar Nima Həsənini evdə tapma bilmədiyi üçün onun anasını nəzarət altına alıblar. Həsənilərin anası Gülnaz Xurşid bir neçə saat sonra sərbəst buraxılıb.

Oyan News hazırda nəzarətdə olan fəalların evlərində axtarış aparıldığını yazıb. Həbslərin səbəbi ilə bağlı məlumat verilməyib.

Qulam Quluzadə, Ata Kərimi və Sina Həsəni bundan əvvəl də göstərdikləri fəaliyyətlərə və mərasimlərə, o cümlədən Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü tədbirinə qatıldıqlarına görə 2013-cü ildə həbs edilmişdilər.

XS
SM
MD
LG