Accessibility links

Urmiyədə divarlara Beynəlxalq Ana Dili Günü münasibətilə plakatlar yerləşdirilib


Beynəlxalq Ana Dili Gününün yaxınlaşması ilə İran Azərbaycanın Urmiyə şəhərində bu günü qeyd etmək məqsədilə divarlara plakatlar yapışdırılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanın Urmiyə şəhərində yaşayan milli fəallar Beynəlxalq Ana Dili Günü münasibətilə İranda yaşayan türklərin ana dillərində təhsil almaq hüququndan məhrum olmalarına etiraz olaraq şəhər divarlarına plakatlar yapışdırıblar.

Urmiyə Ana Dili Günü ərəfəsində
Urmiyə Ana Dili Günü ərəfəsində

Urmiyə divarlarında yapışdırılan bu plakatların üzərində "ana dili insanın kimliyini təşkil edir", "40 milyon türkün ana dilində təhsil almasının qarşısında durmaq irqçilik deyilsə, bu zülmün adı nədir?" kimi sözlər yazılıb.

Son günlər ərzində sosial mediada paylaşılan məlumata görə, Urmiyə şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə fəaliyyətlər davam edir. Bir neçə gün əvvəldən başlayan bu fəaliyyətlər çərçivəsində şəhərin müxtəlif istiqamətlərində uşaqlara türk dilində nağıl kitabları paylanılıb.

Urmiyə Ana Dili Günü ərəfəsində
Urmiyə Ana Dili Günü ərəfəsində

Fevralın 21-i 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günün insanlarda 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə apardıqları üçün öldürülən dörd tələbənin xatirəsini canlandırır.

BMT-nin Baş Assambleyası da ana dilinin əhəmiyyətinə görə 2008-ci ili Dünya Dillər ili elan etmişdi.

İranda Beynəlxalq Ana Dili Günü ilk dəfə 21 fevral 2004-cü il tarixində Tehran Universitetlərində təhsil alan türk tələbələr tərəfindən Elm və Sənət Universitetində bir mərasim təşkil edilərək qeyd edilib.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən "Mətbuatda və kütləvi informasiya vasitələrində yerli və etnik dillərin istifadəsi və məktəblərdə ədəbiyyatının tədrisi fars dili ilə yanaşı azaddır". Buna baxmayaraq, İranda yaşayan türklər və həmçinin fars olmayan digər millətlər öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar.

İranda ana dili hüquqlarını müdafiə bir çox fəallar fərqli ittihamlarla məhkəmələrdə günahlandırıb və fərqli cəzalara məruz qalıb.

Urmiyə Ana Dili Günü ərəfəsində
Urmiyə Ana Dili Günü ərəfəsində

İran Azərbaycanında və həmçinin İranın digər türk dilli vilayətlərində milli fəallar hər il Beynəlxalq Ana Dili Gününü şəhərlərdə türkcə kitab paylayaraq, mərasimlər keçirərək və etirazlarını divaralarda yazılar vasitəsilə ifadə edərək qeyd edirlər.

Hal-hazırda güneyli siyasi məhbuslardan Əlirza Fərşi Yekanlı, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Əslani və Həmid Mənafi Nadarlı keçən illərdə Beynəlxalq Ana Dili Gününü qeyd etdiklərinə görə İran məhkəmələri tərəfindən günahlandırılaraq, həbsdə saxlanılırlar.

XS
SM
MD
LG