Accessibility links

Urmiyə gölündə suyun səviyyəsi azalıb


Urmiyə gölü

Urmiyə Gölünü Canlandırma Mərkəzinin yaydığı hesabatda Urmiyə gölünün dəniz səviyyəsindən 1271.89 metr hündürlükdə olduğu bildirilir ki, bu, ötən illə müqayisədə 5 santimetr daha azdır. Hesabatda deyilir ki, gölün canlanması üçün göldəki suyun həcmi 14.1 milyard kub metr olmalıdır.

Urmiyə Gölünü Canlandırma Mərkəzi və İran rəsmiləri Urmiyə gölünün vəziyyətinin son aylarda daha yaxşı olmasını gördükləri tədbilərin nəticəsi kimi göstərməyə çalışmışdılar. Lakin son aylarda yağışın az olması səbəbilə göldəki suyun səviyyəsində keçən illə müqayisədə azalma müşahidə olunub.

Təbrizin tanınmış ixtiraçısı və alimi Rza Kəhuli isə ötən ay gölün durumunun artan yağışların nəticəsi olduğunu bildirib. Kəhuli bir internet portalına verdiyi müsahibədə “bir vaxtlar hökümət heç bir elmi araşdırma olmadan gölə daxil olan sular üzərində 300-dən çox bənd inşa etdi. Ondan sonra gələn hökumət quyuların qazılması üçün bir gündə 160 mindən çox lisenziya verdi. İndiki hökümət isə hər şeyi Allaha həvalə edib. Urmiyə gölünün bugünkü durumu və yenidən bərpa olması hökumət tərəfindən alınan tədbirlərin deyil, artan yağışların nəticəsidir” deyib.

Urmiyə Gölünü Canlandırma Mərkəzi yanvarın 28-də yayımladığı hesabatda gölün illik su ehtiyacının 3426 milyon kub metr olduğunu bildirərək, bunun üçün 2548 milyon kub metrin gölün su hövzəsindən, geri qalan hissənin isə Canlandırma Mərkəzi tərəfindən həyata keçirilən layihələr vasitəsilə təmin ediləcəyi proqnozlaşdırmışdı. Lakin bu layihələrin çoxu dayandırıldığı üçün gölün su ehtiyacı təmin edilməyib.

Urmiyə gölünü Canlandırma Mərkəzinin büdcəsi ötən illərdə dəfələrlə fərqli səbəblərdən dolayı azaldılıb. Keçən ilin oktyabr ayında mərkəzin planlaşdırma şöbəsinin müdiri Əli Hacı Muradi İSNA Xəbər agentliyinə verdiyi müsahibədə mərkəzin büdcəsinin kəsilməsi nəticəsində planlaşdırdığı iki layihənin tamamən dayandırıldığını və İran Büdcə Təşkilatının yeddi ay gecikməyə baxmayaraq bu iki layihəni maliyyələşdirmədiyini bildirib.

Şərqi Azərbaycan merinin inşaat işləri üzrə müavini Cavad Rəhməti keçən ilin noyabr ayında Urmiyə gölünü Canlandırma Mərkəzinin büdcəsinin artan yağışlar nəticəsində azaldığını bildirib.

2018-ci ilin noyabrda Urmiyə şəhərini təmsil edən deputat Hadi Bahadıri isə dövlət tərəfindən verilən büdcə ilə gölün canlandırılmasının mümkün olmadığıni deyib. Bahadıri YJC xəbər agentliyinə verdiyi müsahibədə ərazidə gölün bərpası ilə əlaqədar çətinliklərin çox olduğunu bildirərək, verilən büdcənin yetərsiz olduğunu söyləyib.

Urmiyə Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan vilayətindəki şöbəsinin direktoru Fərhad Sərxoş isə ötən ilin sentybarında gölün ötən illərə görə daha yaxşı durumda olduğunu, ancaq hələ də quruma təhlükəsindən qurtulmadığı deyib. O həmçinin mərkəzin layihələrini davam etdirməsi üçün ötən iki ildə dövlət tərəfindən maliyələşdirilmədiyini bildirib.

2011-ciilin avqust ayında Urmiyə və Təbriz başda olmaqla İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölününün quruması və hökumətin buna laqeyd qalmasına qarşı bir neçə həftə boyunca aksiyalar keçirilib.

XS
SM
MD
LG