Accessibility links

Urmiyə-Salmas yolunda baş verən yol qəzasında 5 nəfər həyatını itirib 


İran Azərbaycanın Urmiyə-Salmas yolunda baş verən yol qəzası nəticəsində 5 nəfər həyatını itirib.

İSNA xəbər agentliyi bu barədə məlumat yayıb.

Fevralın 19-da Urmiyə və Salmas yolunda baş verən yol qəzasında 4 nəfər hadisə yerində ölüb.

Qərbi Azərbaycan vilayətinin Qızıl Aypara cəmiyyətinin direktoru Cəfərzadə İSNA xəbər agentliyinə verdiyi müsahibədə bu qəzanın fevralın 19-da İran vaxtı ilə saat 18:55-də Urmiyə şəhərinin İsti Su Üç Yolunda Tondər 90 markalı avtomobilin Pride markalı avtomobil ilə toqquşması nəticəsində baş verdiyini bildirib.

Hamshahri Online xəbər agentliyinin yaydığı məlumata əsasən, bu qəza nəticəsində 4 nəfər yerindəcə ölüb, bir nəfər yaralı isə xəstəxanaya aparıldıqdan sonra orada həyatını itirib.

Qərbi Azərbaycan İntizam Komandanlığının Yol Polisi rəisi Polkovnik Kəmal Hüseynzadə İRNA xəbər agentliyi ilə müsahibədə deyib ki, qəza gecənin qaranlığında baş verdiyinə görə, əsas səbəbkar və günahkar hadisə yerində müəyyən edilməyib və əlavə edib ki, günahkarın müəyyənləşdirilməsi üçün əlavə tədbirlər görüləcək.

Qərbi Azərbaycanda hər il yol qəzalarında təxminən 500 nəfər həyatını itirir, bundan 10 dəfə çox insan isə qəzalarda xəsarət alır.

Urmiyə-Salmas yolu Qərbi Azərbaycan vilayətinində qəzalar nəticəsində ən çox insanın yaralanın, həyatını itirdiyi yoldur.

Keçən il İranda baş verən yol qəzalarında ümumilikdə təxminən 17 min nəfər həyatını itirib. İran dünyada ən ölümcül yol qəzaları statistikalarında birinci sıralarda yer alır.

Şərhlərə bax

XS
SM
MD
LG