Accessibility links

Urmiyədə işçilər İran boyu keçirilən tətil aksiyalarına qatılıb


İranın cənub vilayətlərində neft emalı zavodlarının işçiləri tətil aksiyası keçirir.
İranın cənub vilayətlərində neft emalı zavodlarının işçiləri tətil aksiyası keçirir.

İranın müxtəlif şəhərlərində neft, qaz və petrokimya sənayesinin işçiləri tətil aksiyası keçirərək iş şəraiti, məzuniyyət və maaşla bağlı etirazlarını dilə gətiriblər.

Sosial mediada yayımlanan videolara əsasən, İranda enerji sənayesinin işçiləri “20-10 kampaniyası” başladaraq hər 20 iş günü üçün 10 gün məzuniyyət haqqı tələb edirlər.

Hazırda muzdlu işçilərə 24 iş günü üçün yalnız 6 gün məzuniyyət haqqı tanınır.

Ölkənin cənub vilayətlərində petrokimya, neft və qaz sənayesinin işçiləri həmçinin maaşlarının zamanında ödənməsini, podratçı şirkətlərin neft sənayesindən çıxarılması kimi istəklər irəli sürürlər.

Daha öncədən başladılan “20-10” adlı tətil kampaniyası iyunun 24-də bir çox şəhərdə, o cümlədən Abadan, Əsəluye, Kirman, Qeşm və Urmiyə də daxil olmaqla stansiya və fabrik işçilərinin tətil əməliyyatına qatılması, bir ildən az bir müddətdə genişmiqyası kütləvi ikinci tətil əməliyyatına çevrilib.

Urmiyə Kombinə tsiklli elektrik stansiyasının muzdlu işçiləri də kütləvi tətil aksiyalarının 6-cı günündə tətil keçirməyə başlayıb.

Urmiyə Kombinə tsiklli elektrik stansiyasının muzdlu işçiləri tətil keçirir
Urmiyə Kombinə tsiklli elektrik stansiyasının muzdlu işçiləri tətil keçirir

Tətil aksiyaları enerji sektorunun işçiləri arasında başlasa da, get-gedə digər zavodlar və sektorların işçilərinin də bu kampaniyaya qatıldığı müşahidə edilir.

Bəzi xəbər agentlikləri, tətil aksiyası zamanı Tehran neft emalı zavodunda tətil edən 700 işçinin işdən çıxarılması ilə əlaqədar məlumat yayıblar. Bu xəbər sosial media istifadəçiləri arasında çoxlu tənqidlərə səbəb olub. Ancaq İRNA xəbər agentliyinə danışan həmin şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şakir Xəfayi xəbərin tamamilə yalan olduğunu iddia edib. O, deyib ki, “OİCO” podratçı şirkəti sadəcə 35 nəfər işçisini işdən çıxarıb və bu da işə aldığı işçilər arasında çox az bir saydır.

İranda rəsmi açıqlanan 43 faiz inflyasiya və pandemiyadan dolayı ölkədə yaranmış çətin şərait və işsizlik muzdlu işçilərin iş təhlükəsizliyinin olmaması, maaşların inflyasiyaya uyğunaşdırılmaması işçilərin rifah və yaşayış şəraitinə çox mənfi təsir edir.

XS
SM
MD
LG