Accessibility links

Urmiyədə Qarabağa dəstək mitinqləri ilə bağlı həbs edilənlər məhkəməyə çağırılıb


Urmiyə Qarabağa dəstək mitinqi
Urmiyə Qarabağa dəstək mitinqi

İran Azərbaycanının Urmiyə şəhərində Qarabağa dəstək mitinqiləri ilə əlaqədar həbs edilən 10 vətəndaş məhkəməyə çağırılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Urmiyədə Qarabağ müharibəsi əsnasında Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilən 10 vətəndaş məhkəmyə çağırılıb.

Yunus Şirzad Cavan, Ramin Xuda Bəxş, Salar Tahir Əfşar, Səhənd Behnumun, Hüsniyə İntixabi Hənsənluyi, Ramin Dehqan, Erfan Mehdi Xanlı Saatlu, Əmir İzzəti Heydərlu, Fərhad Məhəmmədi və Cavad Rizayi noyabrın 22-də bazar günü məhkəmə tərəfindən göndərilən elektron bildirişə görə, Urmiyə Ümumi və İnqilab Prokurorluğunun 8-ci şöbəsinə çağırılıblar.

Bu vətəndaşlardan 5 gün ərzində təyin olunan şöbədə hazır olmaları istənilib.

İran Azərbaycanının Urmiyə şəhərində Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilən bu vətəndaşlar ictimai asayişi pozmaq və qanunsuz mitinqlərdə iştirak etməkdə ittihamlandırılır.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən mitinqlərdə çox sayda milli fəal və adi vətəndaş İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Mitinqlərdə saxlanılan şəxslərin bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edir.

İranın təhlükəsizlik qüvvələri Qarabağın Azərbaycan Respublikası və ordusu tərəfindən azad edilməsindən sonra da Qarabağın azad edilməsini qeyd edən çox sayda güneyli vətəndaş şənlik mərasimlərində iştirak etdikləri üçün həbs ediblər.

Amnesty International İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG