Accessibility links

Urmiyənin birinci bölgəsinin bələdiyyə başqanı həbs edilib 


İran Azərbaycanının Urmiyə şəhərinin 1-ci bölgəsinin bələdiyyə başqanı Rza Cavankiya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Urmiyə şəhər şurasının üzvü olan Məhəmməd Xəlilpur bu barədə TASNİM xəbər agentliyinə məlumat verib.

Onun dediyinə görə, martın 13-də Urmiyənin 1-ci bölgəsinin bələdiyyə başqanı korrupsiya ittihamı ilə əlaqədar İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

İLNA xəbər agentliyinin yaydığı məlumata görə, bir neçə gün əvvəl Urmiyə bələdiyyə başqanının müavini də həbs olunub.

Daha öncə Urmiyə bələdiyyəsində ikinci və dördüncü bölgələrin bələdiyyə başqanları da həbs edilmişdi.

Bundan əlavə bir müddət əvvəl Urmiyə şəhərinin bələdiyyə başqanı olan Məhəmməd Həzrətpur isə korrupsiya ittihamı ilə əlaqədar təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Vilayətin yerli xəbər mənbələrinə görə, Həzrətpur hazırda Urmiyənin Mərkəzi Həbsxanasında saxlanılır.

Keçən il İRNA xəbər agentliyi Urmiyə Bələdiyyəsində 7 müdir, mütəxəssis və vasitəçinin tutularaq məhkəmə orqanlarına təhvil verildiyi barədə məlumat yaymışdı.

Həmçinin ötən ildə Qərbi Azərbaycan vilayətinin digər şəhərlərindən biri olan Mahabad şəhərinin də şəhər məclisi ləğv edilib.

Bu yaxınlarda İran Azərbaycanının Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin bələdiyyə başqanının da korrupsiya ittihamı ilə əlaqədar həbs edildiyi bildirilib.

Keçən il ərzində İran Azərbaycanının bir neçə şəhərində, o cümlədən Təbriz, Zəncan, Marağa, Urmiyə, Mahabad və

Tufarqan (Azərşəhr) şəhərlərində bir çox sayda bələdiyyə rəsmisi və şəhər məclisi üzvləri korrupsiya ittihamı ilə həbs edilib.

İranda son illərdə çox tez-tez şəhər məclisləri və bələdiyyə rəsmiləri arasında rüşvət və korrupsiya halları habelə bu qurumların üzvlərinin həbs edilməsi ilə bağlı xəbərlər yayılır.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG