Accessibility links

ABŞ Dövlət Departmenti:"İran hökuməti etnik azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür"



ABŞ Dövlət Departamenti dünya ölkələrində insan haqlarının durumu ilə bağlı yaydığı illik hesabatın İrana aid 55 səhifəlik bölümün önəmli bir hissəsini ölkədə yaşayan qeyri-fars xalqlara həsr edərək, Azərbaycan türkləri, habelə kürdlər, ərəblər və bəluclara qarşı siyasi, ictimai və iqtisadi ayrı-seçkilik tətbiq edildiyini və onların öz dillərində təhsil almaq hüququndan məhrum olduğunu qeyd edib.

“Özbaşına həbs, uzun müddət nəzarət altında saxlanma və fiziki təzyiq kimi basqıları tətbiq edən İran dövləti etnik azlıqları hədəf alıb. Bu qruplar iqtisadı yardım, biznes lisenziyası, universitetdə təhsil, kitab yaymaq icazəsi, həmçinin mənzil və ərazi haqları ilə bağlı ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. İran höküməti etnik bölgələrdə baş verən bəzi etiraz və iğtişaşları xarici ünsürlərlə bağlayaraq, bununla bağlı bir neçə xarici dövləti günahlandırır,”- deyə hesabatda bildirilir.

Sənəddə Azərbaycan türklərinin umumi vəziyyəti qyed edilir. “İran dövləti ana dilində təhsil almağı qadağa etmək, azərbaycanlı fəallar və təşkilatçıları basqılara məruz qoymaq, coğrafi adları dəyişdirmək və dil və kültür hüquqlarını müdafiə edənləri həbsə atmaqla, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür,”-deyə hesabatda göstərilir.

Urmiyə gölünün quruması ilə bağlı kütləvi etirazlar da hesabatda öz əksini tapıb. “2012-ci ilin may ayında üç ildir ardıcıl olaraq Təbriz və Urmiyə şəhərlərində dinc nümayişçilər İran dövlətinin bəndlər düzəldib, göldəki ekoloji duruma böyük zərər verən körpü tikməklə Urmiyə gölünün qurumasına səbəb olan siyasət yetirməsinə etiraz ediblər”-deyə sənəddə qeyd edilir.

Hesabatda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinə (ADAPP) istinadən, İran polisi etirazçıları dağıtmaq üçün dəyənəklərdən, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib və təxminən 100 nəfəri nəzarət altına aldığı bildirilir.

Dövlət Departmenti azərbaycanlı şair və qadın haqları fəalı Fəranək Fəridin məruz qaldığı təzyiqlərə də toxunub. “2012-ci ilin mart ayının 19-da azərbaycanlı fəal Fəranək Fərid xarici media qurumuna müsahibə verdiyi üçün məhkəmə tərəfindən rejim əleyhinə təbliğat aparmaqali ruhani rəhbəri təhqir etməkdə günahlandırılıb və Urmiyə gölündə yaranmış ekoloji fəlakətlə bağlı etirazlara qatıldığı üçün ictimai asayişi pozmaq ittihamı ilə üzləşərək, 91 gün həbs və 10 milyon tümən ($8,200) məbləöində cəriməyə məhkum edilmişdir,”- deyə hesabatda yazılıb.

Sənədd İran Azərbaycanı ilə bağlı qeyd edilən daha bir məsələ də ötən ilin avqust ayında Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ qurbanlarına kömək edən könüllülərin həbs edilməsi olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG