Accessibility links

Urmiya gölünün qorunması və bərpası özəl sektora tapşırılacaq


Bu bəyanatla İranın Qərbi Azərbaycan əyalətinin ətraf mühit idarəsinin baş direktoru çıxış edib

İranın Qərbi Azərbaycan əyalətinin ətraf mühit idarəsinin baş direktoru Həsən Abbasnejad jurnalistlərə açıqlamasında qurumaqda olan Urmiya gölünün taleyindən danışıb.

“Media forum” saytının məlumatına görə, Həsən Abbasnejad deyib ki, Urmiya gölünün işini özəl sektora tapşıracaqlar: “Urmiya gölünün qorunması və bərpa olunması işi tezliklə özəl sektordakı bir podratçıya tapşırılacaq.

İranın Ətraf Mühit Təşkilatı bununla bağlı tender elan edib. Gölün qorunması və bərpası işi əsasən iki məqsədlə, yəni gölə axan çayların hərəkət istiqamətini bərpa etmək, onun dibini lildən təmizləmək, həmçinin gölün sahillərinə və adalarına vəhşi heyvanların istifadəsi üçün şirin su çəkilməsi hədəfi ilə həyata keçiriləcək”.

XS
SM
MD
LG