Accessibility links

Urmiyə məhəllələrində türkcə lövhələr


Yerli jurnalistlər və sosial şəbəkələrə istinadən, Urmiyə Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türkcə adları yazılmış lövhələr yerləşdirib.

Urmiyəli fəallar və jurnalistlərin bloqlar və sosial şəbələrdə nəşr etdiyi şəkillərdə, “Dərəçayı”, “Şəhərçayı”, “Doşapçıxana”, “Dəmirçixana”, “Carçıbaşı”, “Göl Üstü”, “Təndirçilər”, “Ağa Qəbiri”, “Doqquz Pillə” və “Qapan” kimi küçələr və məhəllələrdə Türkcə lövhələrin yerləşdirildiyi müşahidə olunur.

Ötən aylarda Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələrin yenidən orijinal türkcə adlarının qaytarılması istiqamətində fəaliyyətə başlayıb, bəzi qərarlar qəbul etmişdi.

Mədəni fəallar və jurnalistlər lövhələrdə bəzi yazı qaydalarına diqqət edilməməsini tənqid etsələr də, umumiyyətlə Urmiyə Bələdiyyəsinin təşəbbüsünü sevinclə qarşılayır və onun davamını arzu edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG