Accessibility links

Urmiyə zindanında saxlanılan 120 edam məhkumunun siyahısı açıqlanıb


Urmiyə və Ərdəbildə dörd məhkum asılıb

İran Azərbaycanı və ölkənın digər bölgələrində yeni edam dalğasının başlaması ardından İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi Urmiyə Mərkəzi Zindanında saxlanılan 120-dən artıq edam məhkumunun siyahısın yayıb.

Siyahıda adı keçən məhkumlar narkotik qaçaqmalçılığı və qətl ittihamı ilə mühakimə ediliblər. Siyahı sadəcə adları və kimlikləri HRA tərəfindən müəyyən edilmiş məhkumlardan ibarətdir.

Yayılan məlumata əsasən, Urmiyə zindanında olan 100-dən artıq edam məhkumunun “taleyi gələcək 3 ay içərisində qətiliklə müəyyən olacaq.”

HRA-nın siyahısında məhkumların əksəriyyətinin Urmiyə ya Qərbi Azərbaycan vilayətinin digər şəhərlərindən, digərlərinin isə ümumiyyətlə İranın qeyri-fars vilayətlərindən olduğu müşahidə edilir.

İnsan haqları qrupları həmçinin may ayının 10-da bu siyahıda adı keçməyən iki məhbusun asılaraq edam edildiyinə dair məlumat yayıb.

Ərdəbil Ədliyyəsinin veb səhifəsində isə İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş iki məhbusun Ərdəbil zindanında asıldığı bildirilib.

XS
SM
MD
LG