Accessibility links

Urmiyalı deputat pul vahidinin adinin “rial”dan “parsi”yə dəyişdirilməsinə etiraz edir


Urmiyalı deputat pul vahidinin adinin “rial”dan “parsi”yə dəyişdirilməsinə etiraz edir
Urmiyalı deputat pul vahidinin adinin “rial”dan “parsi”yə dəyişdirilməsinə etiraz edir

Son günlər İran Mərkəzi Bankı ölkədə inflyasiyanın artmasını, milli pulun (Rial) dəyərdən düşməsini nəzərə alaraq ondan 4 sıfırın silinməsini, milli pulun adının isə “Rial” dan “Parsi” yə çevrilməsi barədə təklif irəli sürüb. Deputatın fikrincə, pula İranda yaşayan bir millətin adının verilməsi məsləhət deyil.

İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur iyulun 21-də jurnalistlərə açıqlamasında pul vahidinin adının “Rial”dan “Parsi”yə dəyişdirilməsi təklifinə etiraz bildirib.

Son günlər İran Mərkəzi Bankı ölkədə inflyasiyanın artmasını, milli pulun (Rial) dəyərdən düşməsini nəzərə alaraq ondan 4 sıfırın silinməsini, milli pulun adının isə “Rial” dan “Parsi” yə çevrilməsi barədə təklif irəli sürüb.

“Media forum” saytının məlumatına görə, Nadir Qazipur deyib ki, İranın milli pul vahidinə ölkədə yaşayan millətlərdən birinin adının verilməsi məsləhətə uyğun deyil: “Müxtəlif millətlərdən ibarət olan İran xalqı bir bayraq altında yaşayır. Onlar arasındakı birlik qorunub saxlanmalıdır. Ölkənin indiki həssas şəraitində pul vahidinin adının dəyişdirilməsi, ona İranda yaşayan müəyyən bir millətin adının verilməsi məsləhət deyil”.

XS
SM
MD
LG