Accessibility links

Urmiyədə iki məhbus edam edilib


Urmiyə Həbsxanası
Urmiyə Həbsxanası

Daha əvvəl edam cəzasına məhkum edilmiş iki məhbus iyulun 20-də İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə dar ağacından asılıblar.

“HRA” agentliyi və İran İnsan Haqları Qrupunun (İran HR) yayımladığı məlumata görə, Əsəd Keşvərz və Əmin Səfərkeşin edam hökmü səhər saatlarında Urmiyə Mərkəzi Həbsxanasında icra edilib.

Əsəd Keşavərz 2001-ci ildə qətl ittihamı ilə mühakimə edilib və qisasa məhkum olunmuşdu. Onun edam hökmü təqribən 20 il həbsdən sonra qan sahibləri (qətlə yetirdiyi şəxsin ailəsi) tərəfindən həyata keçirildi.

Əmin Səfərkeş isə 9 il həbsdən sonra edam edilib. Qətlə yetirilən şəxsin ailəsi qisas yerinə ‘diyə’ (şəriət qanunlarına görə hesablanan bir təzminat növü) almağı qəbul etmişdilər. Fəqət, məhkumun ailəsi son möhlətə qədər diyə məbləğini hazırlaya bilmədiyi üçün, qan sahibləri edam hökmünü tətbiq etdi.

İran HR qrupunun daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə, İranda edam hökmü həyata keçirilən təqribən 280 məhkumdan 225-i qətl ittihamı ilə mühakimə edilmişdilər.

XS
SM
MD
LG