Accessibility links

Urmiyədə nəzarətə alınan 4 güneyli fəal sərbəst buraxılıb


Qulam Quluzadə, Ata Kərimi, Əli Əzizi və Sina Həsəni
Qulam Quluzadə, Ata Kərimi, Əli Əzizi və Sina Həsəni

Güney media qurumlarının yaydığı məlumata əsasən, Qulam Qulizadə və Əli Əzizi iyunun 11-də 50 milyon tümən məbləğində əmlak girov qoyulması qarşılığında zaminə buraxılıb. Eyni zamanda, həbs edilmiş fəallar Ata Kərimi və Sina Həsəni də iyunun 15-də zəmanətlə azadlığa buraxılıblar.

Oyannews və Araznews veb səhifələrinin məlumatına əsasən, Qulam Qulizadə və Əli Əziziyə qarşı “dövlətə qarşı təbliğat” ittihaml irəli sürülüb.

Günaz TV televiziyasının veb səhifəsində verilmiş məlumata görə,milli fəallar Sina Həsəni və Əta Kərimi ölkənin “milli təhlükəsizliyinə qarşı çıxmaq”, “ana dili ilə bağlı keçirilən mərasimlərə qatılmaq” və “qanunsuz fəaliyyətdə “ günahlandırılıb.

İyunun 6-da Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində 19 yaşlı Sina Həsəni və Əli Əzizinin həbsindən sonra iyunun 7-də İranın təhlükəsizlik qüvvələri Qulam Quluzadə və Ata Kərimini də nəzarət altına alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG