Accessibility links

Urmiyədə türkcə lövhələr yenidən əvvəlki yerlərində quraşdırılıb


URMİYƏ-TÜRKCƏ ADLAR
URMİYƏ-TÜRKCƏ ADLAR

Urmiyə şəhərində son aylar küçə və məhəllələrin adlarını göstərən türkcə lövhələrin yığışdırılması şəhər sakinləri tərəfindən böyük narazılıqla qarşılanmışdı.

Bəzi mənbələrdə lövhələrin Qərbi Azərbaycan valisi Qurbanəli Səadətin əmri ilə qaldırıldığı haqda məlumat verilib.

Urmiyə vətəndaş hüquqları müdafiəçiləri, habelə Durna News müxbirinin davamlı səyləri nəticəsində Urmiyə Şəhər Şurası və bələdiyyə sədri lövhələrin geri qaytarılması haqda qərar qəbul edib. Bunun nəticəsində lövhələr yenidən əvvəlki yerlərinə quraşdırılıb.

URMİYƏ-TÜRKCƏ ADLAR
URMİYƏ-TÜRKCƏ ADLAR

Qeyd olunur kı, Urmiyə şəhər şurasının qərarına əsasən, bir il əvvəl küçə və məhəllələrin farscaya çevrilmiş adlarının göstərildiyi lövhələr yığışdırılıb və onlar yenidən türkcə orijinal adlarının yazıldığı lövhələrlə əvəz edilib.

XS
SM
MD
LG