Accessibility links

Urmu Gölü haqda film Queen Palm festivalında mükafata layiq görülüb


Urmu Gölü haqda qısametrajlı "Muzey" filmi Amerikanın Queen Palm festivalında bürünc medal qazanıb.

Qərbi Azərbayca vilayətinin Gənclər Kino dərnəyinin direktoru deyib ki, Urmu Gölünün quruması mövzusunda film Urmiyə şəhərində çəkilib.

Film Urmiyə şəhərində çəkilib.

Filmin rejissoru Pedram Həbibpiran aktyor qismində filmdə rol alıb.

Queen Palm Beynəlxalq Film Festivalı Kaliforniyanın cənubunda yerləşən Palm Springs şəhərində film, musiqi ve ssenari kateqoriyalarında iki ayda bir keçirilən festivaldır.

Dünyanın müxtəlif ölkələrindən rejissorlar mükafat qazanmış peşəkarlar tərəfindən qiymətləndirilmək üçün öz layihələrini bu festivala təqdim edirlər.

Urmu Gölünün quruması regionun başlıca ekoloji problemlərindən biri sayılır.
Urmu Gölünün quruması regionun başlıca ekoloji problemlərindən biri sayılır.

Münsiflər heyəti aylıq nəşrlərindən ən yüksək qızıl mükafatını qazanan filmlər kolleksiyasını Live Annual Event-da ekranda nümayiş etdirir.

Festivalın qalibləri Laurel və sertifikatdan əlavə, müxtəlif festivallarda qızıl, gümüş, bürünc və fəxri mükafatlar almaq imkanı qazanır və hər bir kateqoriyaya aid ən yaxşı filmlər Kaliforniya Palm Spring Festivalına göndərilir.

İllik Queen Palm Festivalı iyulun 13-dən 15-dək davam edəcək.

XS
SM
MD
LG