Accessibility links

Azərbaycanın Müdafiə Nazirliyi orucla bağlı açıqlama yayıb


«Hərbi hissələrin komandanlığı valideynləri, ictimaiyyətin nümayəndələrini, din xadimlərini, ağsaqqalları hərbi hissələrə dəvət edərək məsləhətləşmələr aparır. Onlar hərbi xidmətin spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki, psixoloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi qulluqçular arasında maarifləndirici işlərə cəlb edilirlər».

AzadlıqRadiosunun yaydığı xəbərərə görə, Müdafiə Nazirliyi mediada oruc tutan hərbi qulluqçulara qadağa qoyulması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin iyulun 5-də yaydığı açıqlamada bildirilir ki, «hərbi hissələrin əksəriyyətinin ağır iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb olan ərazilərdə - yüksək dağlıq, düzənlik-ovalıq şəraitində, düşmənlə üz-üzə təmas xəttində, daim səngərlərdə, postlarda yerləşməsi dini ayinlərin icrasına çətinlik yaradır.

Məhz bu səbəbdən də bu incə və həssas məsələyə qadağa deyil, hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, hərbi qulluqçuların sağlamlığının qorunması, təhlükəsizlik və yüksək döyüş hazırlığı prizmasından baxılması məqsədəuyğundur».

XS
SM
MD
LG