Accessibility links

ABŞ universitetlərində etirazlar səngiyir, buraxılış günlərində kiçik itaətsizlik nümayiş etdirilir


Bazar günü Duke Universitetinin məzunları arasında kiçik qrup İsrail tərəfdarı olan komediya ustası Cerri Saynfeldin Şimali Karolinadakı buraxılış mərasimində çıxışına etiraz edib. Belə ki, 7 min tələbədən təxminən 30-u yerlərindən qalxaraq, alqış və etiraz səsləri fonunda "Azad Fələstin" şüarları səsləndirib.

Bəziləri Fələstinin qırmızı, yaşıl, qara və ağ rəngli bayrağını dalğalandırıb. Şousunu ABŞ televiziya tarixində ən populyar şoulardan birinə çevrilən və Netflix-dəki xüsusi verilişləri və “Comedians in Cars Getting Coffee” (Maşındakı komediyaçılar qəhvə alır) şousu ilə on illərdir pərəstişkarları cəlb etməyə davam edən Saynfeld universitetin fəxri doktorluq dərəcəsini almaq üçün orada olub.

Stendap komediyaçıdan aktyora çevrilən Saynfeld militantların İsrailin cənubunda 1200-ə yaxın insanı qətlə yetirilməsindən sonra HƏMAS-ı məhv etmək üçün Qəzzada həyata keçirilən hərbi əməliyyatlar zamanı İsraili açıq şəkildə dəstəkləyib. Mülki əhali və döyüşçülər arasında fərq qoymayan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibə çoxu qadın və uşaqlar olmaqla, Qəzzada 35 minə yaxın insan öldürüb.

ABŞ universitetlərinin kampuslarındakı tələbələr bu yaz düşərgələr quraraq, İsrail və onu dəstəkləyən biznes müəssisələrilə əlaqələri kəsməyə çağırıb. Nyu Yorkdakı Kolumbiya Universitetindən tutmuş, Los Ancelesin Kaliforniya Universitetinə qədər tələbələr və hüquq-mühafizə orqanlarının təşviqatçılar kimi müəyyən etdiyi kampuslardakı digər şəxslər etiraz aksiyalarında iştirak edib.

San Francisco Chronicle qəzetinin yazdığına görə, şənbə günü Berklidəki Kaliforniya Universitetində Fələstin tərəfdarları kiçik bir qrup diplom mərasimi zamanı bayraqlar dalğalandırıb və şüarlar səsləndirib.

Bostondakı Emerson Kollecində bəzi tələbələr etiraz olaraq, buraxılış paltarlarını çıxararaq, səhnəyə qoyub. Digərləri isə lövhələrdə "Azad Fələstin" yazıb.

Çikaqodakı Depaul Universitetində məzuniyyətə bir aydan çox vaxt qalıb. Ancaq tədris ili başa çatdığı bir vaxt, bu təhsil ocağının rəhbərləri Fələstin tərəfdarı etirazçılarla görə "çıxılmaz" vəziyyətinə düşdüklərini və Çikaqo kampusundakı düşərgənin gələcəyinin qeyri-müəyyən olduğunu deyir.

ABŞ üzrə 57 kollec və universitetdə keçirilən etirazlar zamanı 2900-ə yaxın şəxs həbs edilib.

Forum

XS
SM
MD
LG