Accessibility links

Demokratlar: Mərkəzi Amerika dövlətlərinə yardımların dayandırılması böyük problemlərə səbəb olacaq


Demokratlar: Mərkəzi Amerika dövlətlərinə yardımların dayandırılması böyük problemlərə səbəb olacaq
please wait

No media source currently available

0:00 0:02:02 0:00

ABŞ Dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Birləşmiş Ştatların cənub şərhədinə toplaşan miqrantlarının sayı rekord səviyyəyə qalxan üç Mərkəzi Amerika dövlətlərinə yardımı dayandırmaq qərarını dəstəkləyib. Pompeo belə bir reaksiyanı çərşənbə günü Demokratların Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmələr zamanı yardımların dayandırılmasının böyük problemlərə və daha çox miqrant axınına səbəb olacağını deməsindən və Trampı kəskin tənqid etməsindən sonra verib.

Yoxsulluq, zorakılıq və təhlükə Honduras, El-Salvador və Qvatemaladan minlərlə insanın sığınacaq üçün Birləşmiş Ştatlara üz tutmasına səbəb olub. Həmin bölgəni bəzən “Şimal Üçbucağı” adlandırırlar.

Çərşənbə axşamı Senatda keçirilən dinləmələr zamanı senator Bob Menendez bu üç ölkəyə Birləşmiş Ştatların yardım proqramını ləğv etdiyi üçün Trampı tənqid atəşinə tutdu. “Bütün bunlar regionda stabilliyin pozulmasına səbəb olacaq. Qorxu və ümidsizlik içərisində olan daha çox insan sərhədə üz tutacaq. Və biz vəziyyəti daha dərinləşdirəcəyik. Mən bu səhvi düzəltməyə çağırıram, çünki bu, doğrudan da səhv siyasətdir.”

Dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların cənub sərhədində dərin böhran yaşandığını və Amerikanın El-Salvador, Honduras və Qvatemaladakı problemi həll etmək üçün artıq yüz milyonlarla dollar xərclədiyini deyib. “Biz reallıqla qarşılaşırıq. Onlara təkcə vergi ödəyənlərin pulu kifayət etmir. Bunun əvəzində nə isə olmalıdır və biz bu yolda nə isə etmək istəyirik.”

Humanitar yardım və ianə təşkilatları Birləşmiş Ştatların bu qərarının vəziyyəti daha da mürəkkəbləşdirəsəyini və miqrant axınını artıracağını deyir. Bu qvatemalalı fermer İzabel Kastro bununla razıdır. “Əgər Birləşmiş Ştatlar bir də yardımı dayandırsa, bizim heç nəyimiz olmayacaq. Biz 2015-ci ildən bəri gələn yardım sayəsində yaşayırıq.”

Qvatemalanın digər fermerləri də eyni fikirdədir. Onlar heç bir dəstək olmadığı təqdirdə ailələri ilə birlikdə Meksikaya, oradan da ABŞ sərhədinə getmək məcburiyyətində qalacaqlarlarını deyirlər.

XS
SM
MD
LG