Çinin “özgə tullantılarını” qəbul etməmək qərarı Birləşmiş Ştatları tullantıları ilə nə edəcəyi barədə düşünməyə məcbur etdi. Virciniya ştratının Manassas bölgəsindəki tullantıların yenidən emalı zavodundan kağız, plastik və digər materialların 40 faizi Çinə göndərilərdi. Lakin Çin başqa ölkələrin tullantılarını qəbul etməkdən imtina etdikdən sonra “Respublika Xidmətləri” təşkilatı bundan sonra tullantıları İndoneziya və Vyetnam kimi ölkələrə göndərəcəyini deyib. Lakin burada problem var. "Respublika Xidmətləri” təşkilatından Çarlz Stivenson: “Heç bir ölkə tullantıları Çinin qəbul etdiyi qədər qəbul etmir.”
On illər boyu Birləşmiş Ştatlar tullantılarının üçdə bir hissəsini Çinə göndərirdi. “Tullantıların Yenidən Emalı Sənayesi”nə istinadən 2017-ci ildə bu rəqəm 240 milyon tona çatdığı bildirilmişdi. 2018-ci ildə Çin plastik, kağız məmulatları və digər tullantıların ölkəyə gətirilməsinə qadağa qoymağa başladı. Bu ilin aprel ayında isə Pekin 2020-ci ilədək ümumiyyətlə ölkəyə tullantı idxalının sıfıra enəcəyi barədə qərar qəbul etdi.
Bu isə tullantı qiymətlərinin düşməsi demək oldu və bu, ABŞ-da da tullantı biznesinə böyük təsir etdi. “Qarışıq kağız tullantılarında mən 19 dollar itirirəm. Mən tullantılar üçün insanlara pul ödəyirəm” - deyə, Çarlz Stivenson bildirir.
Çində iqtisadiyyat sürətlə inkişaf etdiyi və tullantılara tələbat artdığı bir vaxt bu gəlirli biznes idi. Birləşmiş Ştatlarla Çin arasındakı möhkəm ticarət əlaqələri tullantı biznesinə də müsbət təsir edirdi. Çindən ABŞ bazarına gələn dolu konteynerlər tullantılarla doldurularaq geri qaytarılırdı. Lakin Çin xarici tullantıların ölkənın ətraf mühitində problemlər yaratdığını dedi və başqa ölkələrdən gələn tullanıların ölkəyə gətirilməsinə qadağa qoydu. Tullantıların Emalı İnstitutundan Adina Rene Adler: “Bu siyasət guya ətraf mühitlə bağlı idi, əslində isə bu, snayenin inkişafı ilə bağlıdır. Yəni Çin yalnız daxili mənbələrdən istifadə edilməsini istəyir.”
Çin hələ də karton kimi tullantıları qəbul edir. Lakin 0.5 faizlik çirklənmə limitini qarşılamaq mümkün deyil.
Təhlilçilər deyirlər ki, Birləşmiş Ştatlar təkar emal məsələsinə yenidən baxır. Bu sənaye sahəsində əsas diqqət təmiz tullantıların istehsalına verilir. “İndi bu sənaye sahəsinə investisiya qoymaq istəyən çoxdur. Yəni burada bu sahədə iş inkişaf edir” - deyə, Adina Rene Adler bildirir.
Bu sahəyə qoyulan investisiyadan qazanc əldə edilməsi illər aparacaq. Lakin Adina Adler kimi insanlar gələcəkdə bu sənayenin inkişaf edəcəyinə inanır.