Accessibility links

Demokratlar Nümayəndələr Palatasına, Respublikaçılar Senata nəzarət edəcək


Demokratlar Birləşmiş Ştatlardakı ara seçkilərdə Nümayəndələr Palatasına nəzarəti ələ alsalar da, ABŞ Senatına Respublikaçılar nəzarət edəcək.

Nümayəndələr Palatasında qələbə çalan bəzi Demokratlar seçicilərinə zəfərlərini "birliyə və ABŞ siyasətinin sivil normalara qaytarılmasına, ayrıseçkiliyə son qoyulmasına" sərf edəcəklərini deyib.

Donald Tramp səsvermədə iştirak etməsə də, bu seçkilərin onun iki illik prezidentliyi üzərində referendum olduğunu deyib.

Florida ştatında Birləşmiş Ştatların sabiq Kabinet katibi Donna Şalala Respublikaçı Mariya Elvira Salazara qalib gələrək, son on illərdə ilk dəfə Konqresdəki Respublikaçıların yerinı Demokratlarla əvəz edib.

Demokratların lideri Nensi Pelosi deyib ki, Nümayəndələr Palatasındakı yarışların nəticələri Tramp administrasiyasına birbaşa mesajdır.

“Bu gün söhbət Demokratlar və ya Respublikaçılardan deyil, Tramp administrasiyasının pozduğu konstitusion qaydalardan və balansın qaytarılmasından gedir,” Pelosi bildirib.

XS
SM
MD
LG