Accessibility links

İŞİD-ə yardım edən amerikalının məhkəməsi başlayıb


Xarici terror qruplarına yardım etməkdə ittiham edilən amerikalının ilkin dinləmələri cümə axşamı ABŞ-ın Arizona ştatında keçirilib.

Prokurorluq bildirib ki, 18 yaşlı İsmayıl Həmid İraqdakı İslam Dövləti qrupuna məsləhət, yardım və idarəçilik ittihamları ilə üzləşib.

Həmid bundan əvvəl, yanvarın 7-də Marikopa şerif müavininin yaşadığı evə hücumda ittiham edilib.

Şerif ofisinin bildirdiyinə görə, şerif müavinini daşa basan və bıçaqla hədələyən Həmid polis tərəfindən güllə ilə vurulub. Şerif müavininin xəsarət almadığı bildirilib.

XS
SM
MD
LG