Accessibility links

ABŞ Rusiya və Çini BMT-də Şimali Koreyanın tərəfini tutmaqda ittiham edir


Şimali Koreyan lideri Kim Conq Un (orta), Rusiya müdafiə naziri Sergey Şoyqu (sol) və Çindən Li Honqjonq (sağ). Pxenyan, Şimali Koreya. 27 iyul, 2023.
Şimali Koreyan lideri Kim Conq Un (orta), Rusiya müdafiə naziri Sergey Şoyqu (sol) və Çindən Li Honqjonq (sağ). Pxenyan, Şimali Koreya. 27 iyul, 2023.

Birləşmiş Ştatlar cümə günü Çin və Rusiyanı BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın raket sınaqlarına, o cümlədən Pxenyanın cümə axşamı kosmosa casus peyk göndərmək cəhdinə vahid cavabını blok etməkdə günahlandırıb.

Təhlükəsizlik Şurasının fövqəladə iclasında 15 üzvdən 13-ü, yəni Moskva ve Pekin istisna olmaqla bütün üzvlər Pxenyanın son üç ayda ikinci casus peyk sınağını qınayıb. Həmin peykdə balistik raket texnologiyasından istifadə olunur.

“Bu, bizi birləşdirən məsələ olmalıdır. Amma 2022-ci ilin əvvəlindən bəri bu şura Çinin və Rusiyanın maneəçiliyi səbəbilə öhdəliklərini yerinə yetirə bilmir,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

“KXDR nüvə təhdidi artır və Rusiya və Çina beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün öhdəliklərini yerinə yetirmirlər,” o deyib.

Tomas-Qrinfild həmçinin ötən ay Rusiya və Çin rəsmilərinin Şimali Koreyanın yeni dronlar və nüvə bacarıqlarına malik qitələrarası balistik raketlərin nümayiş etdirildiyi hərbi paradında iştirakını qınayıb.

“Onlar Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasını və şuranın tədbir görməsinin blok edilməsinə davam etməyi qeyd edirlər,” Tomas-Qrinfild Moskva və Pekinə istinad edərək deyib.

Çin və Rusiya 2022-ci ilin mayında Pxenyana yeni sanksiyalar tətbiq edən qətnaməni veto edib və o zamandan bəri Təhlükəsizlik Şurasının Şimali Korya ilə bağlı hər hansı bir qətnaməsi və ya bəyannaməsi qəbul edilməyib.

Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı ən son 2017-ci ildə vahid tədbir görüb.

Çin və Rusiya nümayəndələri deyib ki, Şimali Koreyanın aqressiv mövqeyinə görə Vaşinqton günahkardır və buna ABŞ-ın Cənubi Koreya ilə davam edən hərbi təlimlərini səbəb göstəriblər.

Şimali Koreya uzun müddətdir nüvə proqramı və peyk proqramının özünü-müdafiə xarakteri daşıdığını deyib.

“Bizim kəşfiyyat peyki buraxmağımız ABŞ-ın getdikcə artan düşmən xarakterli hərbi hərəkətlərinin qarşısını almaq üçün qanuni özünü-müdafiə hüququndan istifadədir,” Şimali Koreya səfiri Kim Sonq deyib və əlavə edib ki, onun ölkəsi onsuz da heç vaxt BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrini qəbul etməyib.

Tomas-Qrinfild bu mövqeyi rədd edib.

“Biz hamımız həqiqəti bildirik. KXDR öz paranoyası və eqoist maraqlarını Şimali Koreya xalqının ciddi ehtiyaclarından üstün tutur,” o bildirib.

“KXDR-ın müharibə maşını repressiya və qəddarlıqla işləyir,” Tomas-Qrinfild əlavə edib. “Bu, biabırçılıqdır və qlobal sülhə ciddi təhlükədir.”

Forum

XS
SM
MD
LG