Accessibility links

Amerikadakı qaçqın əfqanlar bizneslərini genişləndirməyə ümid edir


Amerikadakı qaçqın əfqanlar bizneslərini genişləndirməyə ümid edir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Amerikadakı qaçqın əfqanlar bizneslərini genişləndirməyə ümid edir

Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandan qaçan Azmal Zazayi hazırda Texas ştatının San-Antonio şəhərində əfqan ənənəvi geyim və xalça mağazası işlədir.

Əfqanıstan hökumətinin keçmiş işçisi olan 34 yaşlı Azmal Zazayi Əfqanıstanı 2021-ci ilin avqustunda Taliban hakimiyyətə qayıtdıqdan sonra tərk edib. Zazayi hazırda Texasın San-Antonio şəhərində "Azmal Zazayi Mall" adlanan Əfqanıstanın ənənəvi geyim və xalça mağazasının sahibidir. Onun üçün bu, təkcə biznes deyil, həm də vətəninin adət-ənənələrinə sadiq qalmağın bir yoludur. "Bizim əfqan xalçalarımız, zəfəranımız, tez bişirən qazanlarımız var ki, bunlar dünyada məşhurdur. Biz bütün bunları əfqanlar üçün, əfqan ənənələrimizi və mədəniyyətimizi yaşatmaq üçün gətirmişik".

Humanitar böhranlardan əziyyət çəkən insanlara yardım edən Beynəlxalq Xilasetmə Komitəsinin məlumatına görə, təxliyə edilən əfqanların ilk iş ilində ABŞ-a 1,4 milyard dollar qazanc və 200 milyon dollar vergi ödəyəcəkləri gözlənilir.

ABŞ hökuməti Kabilin süqutundan bəri 90 minə yaxın əfqanın ABŞ-da məskunlaşdığını bildirib.

Əfqanıstanın milli bayrağı ilə işlənmiş paltar axtaran müştəri Navruz Xosti San-Antonioda məskunlaşdırılan təxminən 3000 əfqandan biridir. "Üstündə Əfqanıstanın bayrağı olan paltarı axtarırdım. Mağaza sahibi mənə dedi ki, bu paltarları yaxın zamanda gətirəcəklər".

San-Antonioda biznes icmasında əfqan o qədər çox ki, onlar mallarını birlikdə nümayiş etdirməyi planlaşdırırlar. Ismayıl Haqmal: "Əfqan məhsullarının, xüsusən də əfqan xalçalarının sərgisini təşkil etməyi planlaşdırırıq. Biz insanların orada iştirak etməsini, əfqan xalçaları və əl işlərini nümayiş etdirmək istəyirik".

Zazayi kimi mağaza sahibləri və ticarətçilər bizneslərini ölkə daxilində genişləndirməyə ümid edir.

XS
SM
MD
LG