Accessibility links

Əfqanıstanda ABŞ vertolyotunu vuran yaraqlılar qətlə yetirilib


Əfqanıstanda ABŞ vertolyotunu vuran yaraqlılar qətlə yetirilib
Əfqanıstanda ABŞ vertolyotunu vuran yaraqlılar qətlə yetirilib

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general Con Allen keçən həfə Amerikanın hərbi vertolyotunu vurub salmış üsyançıların qətlə yetirildiyini bildirib. General Allen bu açıqlamanı bu gün Pentaqonda verib.

NATO-nun başçılığı ilə Əfqanıstanda beynəlxalq qüvvələrin verdiyi bəyanatda deyilir ki, koalisiya qüvvələri çərşənbə axşamı günü Vardak vilayətinin Çak rayonunda hərbi əməliyyat keçirib. Bəyanatda vertolyota hücumu planlaşdıran iki şəxsin intensiv axtarışının keçirildiyi və hücum zamanı Taliban lideri Molla Mohibulla və vertolyota atəş açan şəxsin qətlə yetirildiyini deyilir. Koalisiya qüvvələrinin bəyanatında bildirilir ki, hücum zamanı Talibanla əlaqəsi olan bir neçə şəxs yaralanıb.

Vertolyot qəzası zamanı ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin 30 üzvü və 7 əfqan komandosu, habelə onların tərcüməçisi həlak olmuşdu.

XS
SM
MD
LG