Accessibility links

Elektron ticarət - Afrika və Amerika qitələri arasında Online portal əlaqə [Video]


Elektron ticarət - Afrika və Amerika qitələri arasında Online portal əlaqə
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Amerikalı bir sahibkar Afrikada Amerika mallarına tələbatdan istifadə edərək, iki qitə arasında Online-portal əlaqəsi yaradıb. ABŞ-da yerləşən eBay və Afrika Ticarət Mərkəzi arasında əməkdaşlığın təsisçiləri elektron ticarətlə bağlı bir sıra maneələrin qarşısını almaq üçün yollar axtarır.

eBay şirkətinin Silikon Vadisindəki qərargahında ABŞ ixracat şöbəsinə rəhbərlik edən Tomas De-Leon Afrikada eBay mağazaları şəbəkəsini genişləndirmək üçün birgə ticarət layihəsi üzərində işləyir. Bu, sadəcə Afrikadan mallların alınması deyil, ABŞ ticarətçilərinin mallarını Afrikaya satmasına da imkan verir. “Afrikanın electron bazarı təxminən 24 milyard təşkil edir və ildə demək olar ki, 25 faizə qədər artır” deyə, Tomas De-Leon bildirir.

Tomas De-Leon Afrikada imkanların çox olduğunu, lakin problemlərin də olduğunu deyir. Əsasən də o, dəqiq ünvanlar olmadığı üçün problemlər yarandığını bildirir: “Burada Afrika Ticarət Mərkəzi köməyə gəlir.”

Daşınma problemini həll etmək üçün Birləşmiş Ştatlardan bütün mallar Oreqondakı mərkəzə göndərilir və oradan da Afrika boyu müştərilərin özlərinin götürə biləcəkləri yerlərə çatdırılır.

Əslən Nigeriyadan olan amerikalı Kris Foleyen “Mall For Africa” şirkətini 2011-ci ildə təsis edib. Əvvəlcə şirkət Afrikadan gələn malların həqiqiliyi və keyfiyyətinə zəmanət verməli idi. Bundan sonra ABŞ-ın pərakəndə satıcıları ilə əməkdaşlıq etməklə, sayt Afrika alıcılarına ABŞ-dakı təxminən 200 mağazadan məhsul almağa imkan yaratdı.

Foleyen Nigeriyaya səfər edən zaman adətən özü ilə Amerika malları aparırdı. “Mən hər dəfə geri, evə gedəndə özümlə çox sayda çamadan aparırdım. Lakin indi insanların əsasən Amerikadan istədikləri malları birbaşa almaq imkanı var. Onların malları görmək və seçmək imkanı var. Bunun üçün kimi isə Afrikaya göndərmək lazım deyil.”

Bəs ödənişlər necə aparılır?

“Biz “Mall For Africa” adlı web-kart yaratdıq ki, bu da bizim ödəniş platformamızdır. Biz insanlara yerli valyuta ilə ödəniş etməyə imkan veririk, çünki Afrikada insanların çoxunda kredit kart yoxdur” deyə, Kris Foleyen bildirir.

Foleyen deyir ki, bu proqram keçən il Afrikaya ixracı iki dəfə artırıb.

XS
SM
MD
LG